Hacıqabulda çətənə yetişdirən şəxsdən 2 kq marixuana götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Hacıqabulda çətənə yetişdirən şəxsdən 2 kq marixuana götürülüb

09:14 - 23 / 10 / 2024
Hacıqabulda çətənə yetişdirən şəxsdən 2 kq marixuana götürülüb

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan Araz Talıbov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan 1news.az-a verilən məlumata görə, onun yaşadığı ünvandan 2 kiloqramdan artıq marixuana, kəndin çöllük ərazisindən isə sonuncu tərəfindən kültivasiya edilərək yetişdirilmiş çətənə kolları aşkarlanıb.

Faktla bağlı araşdırmalar aparılır.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən son günlərdə aparılan nəzarət-profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən 10 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkarlanıb.

Paylaş:
205

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər