Dönərlə bağlı yeni texniki normativ hüquqi akt hazırlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dönərlə bağlı yeni texniki normativ hüquqi akt hazırlanıb

Qafar Ağayev10:15 - 23 / 10 / 2024
Dönərlə bağlı yeni texniki normativ hüquqi akt hazırlanıb

“Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları” adlı yeni texniki normativ hüquqi akt layihəsi hazırlanıb.

Bu barədə 1news.az-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, sənədin hazırlanmasında məqsəd tərkibindəki inqrediyentlər baxımından yüksək riskli iaşə məhsulu olan dönərin təhlükəsiz istehlakı üçün qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyi və gigiyena qaydalarına daha ciddi şəkildə əməl olunmasının təmin edilməsi, bu məhsulla bağlı tənzimləmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsidir.

Hüquqi akt layihəsində dönərin hazırlanmasını həyata keçirən qida subyekt və obyektlərinə, eyni zamanda çiy dönərin emalına, dönərin təhlükəsizliyinə və minimum keyfiyyətinə, eləcə də termiki emalına və dövriyyəsinə dair tələblər əks olunub.

Həmçinin akt layihəsinə 1 nömrəli əlavədə çiy dönərin fiziki-kimyəvi göstəriciləri qeyd olunub. Beynəlxalq təcrübə, o cümlədən Kodeks Alimentarius Komissiyası, Avropa Parlamenti və Avropa İttifaqı Şurasının müvafiq qərarları əsasında hazırlanan layihə dönər emalı və dövriyyəsi zamanı təhlükəsizlik və minimum keyfiyyət tələblərini müəyyən edir. Layihəyə görə, dönər emalına və dövriyyəsinə müvafiq tələblərə əməl olunduğu halda yol verilir. Dönərin emalını və satışını həyata keçirən qida zənciri obyektləri (subyektləri) “Qida təhlükəsizliyi haqqında” qanuna uyğun olaraq, AQTA-nın verdiyi Qida Təhlükəsizliyi Reyestrindən Çıxarışa malik olmalıdır.

Sənədə əsasən, çiy dönərin emalı ayrıca bölmədə, yaxud ictimai-iaşə müəssisələrinin çiy dönərin bütün texnoloji proseslərinin aparılması üçün lazım olan avadanlıq və inventarla təchiz edilmiş bölməsində həyata keçirilməlidir. Çiy dönərin emalı üçün istifadə olunan ət yalnız AQTA tərəfindən qeydiyyata alınmış və ya təsdiq edilmiş kəsim məntəqəsindən, yaxud ət satışı müəssisəsindən alınmış olmalıdır. Eləcə də həmin ət baytarlıq-sanitariya ekspertizasından keçirildiyini təsdiqləyən sənədlə (ekspertiza aktı) müşayiət edilməlidir. İctimai-iaşə müəssisələrinin çiy dönərin hazırlanması sahəsinin bütün avadanlıq və inventarları “çiy ət” nişanı ilə markalanmalı və onlardan müəssisənin digər sahələrində istifadə olunmasına yol verilməməlidir. Çiy dönərin emalı başa çatdıqdan sonra, yaxud hazırlanmasında üç saatdan artıq fasilə yarandıqda isə ətlə təmasda olan bütün avadanlıq (sökülməli hissələr mütləq sökülməklə) ikigözlü vannalarda müvafiq ardıcıllıqla yuyulub təmizlənməlidir.

Sənəd Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək üçün Ədliyyə Nazirliyinə aidiyyəti qaydada təqdim olunub.

Paylaş:
98

Son xəbərlər

ƏMDX növbəti torpaq hərraclarını elan edibBu gün, 13:51COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib - FOTOBu gün, 13:45AYNA “Ukrayna dairəsi”ndə yeni layihə hazırlayıbBu gün, 13:10Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcəkBu gün, 12:50Azərbaycanda 9 ayda aşkarlanıb blokkanan domenlərin sayı açıqlanıbBu gün, 12:35Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33Bakıda gənc oğlan faciəli şəkildə ölübBu gün, 12:29İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edibBu gün, 12:09Hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənibBu gün, 12:04Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilibBu gün, 11:45Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTOBu gün, 11:37SİMA minlərlə ağacın qorunmasına töhfə verirBu gün, 11:24Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblərBu gün, 11:11Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötürBu gün, 11:02Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39Sabunçunun bəzi ərazilərində işıq olmayacaqBu gün, 10:27Cari ilin 10 ayında sosial müavinət və Prezident təqaüdü üzrə ödənişlərin məbləği açıqlanıbBu gün, 10:17Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:10Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edibBu gün, 10:07Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 09:49
Bütün xəbərlər