Bakıda daha bir yolda svetoforda yaşıl işığın müddəti artırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda daha bir yolda svetoforda yaşıl işığın müddəti artırılıb

Qafar Ağayev11:11 - 23 / 10 / 2024
Bakıda daha bir yolda svetoforda yaşıl işığın müddəti artırılıb

Paytaxt yollarında nəqliyyat vasitələri ilə bağlı yaranan qəza şəraiti və ləngimənin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

1news.az xəbər verir ki, bu məqsədlə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən Binəqədi rayonu, Azadlıq prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişməsində olan svetoforun iş rejimi dəyişdirilib. Yəni Cəfər Xəndan küçəsindən düzünə və sola hərəkət edən nəqliyyat vasitələri üçün svetoforun təkrarlayıcısında yaşıl işığın müddəti 10 saniyə artırılıb.

Bununla da Cəfər Xəndan küçəsindən kəsişməyə daxil olan sürücülərin burada əlavə vaxt itirməsinin qarşısı alınıb. Edilən dəyişiklik müsbət nəticə verib və nəqliyyat vasitələrinin sərbəst hərəkəti təmin olunub.

Paylaş:
188

Son xəbərlər

Bütün xəbərlər