Bakının Həsən bəy Zərdabi küçəsi təmir olunub - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının Həsən bəy Zərdabi küçəsi təmir olunub - VİDEO

Qafar Ağayev12:42 - 23 / 10 / 2024
Bakının Həsən bəy Zərdabi küçəsi təmir olunub - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində aparılan təmir işlərini yekunlaşdırıb.

1news.az bu barədə AAYDA-ya istinadən xəbər verir.

Məlumata görə, təmir işləri küçənin “20 Yanvar” dairəsindən “Qələbə dairəsi” istiqamətində icra olunub:

"Aparılan işlər çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, “İnşaat Norma və Qaydaları”na əsasən küçəyə lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb".

Bildirilib ki, sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi icra olunaraq, küçə müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Paylaş:
241

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər