Süd vəzi xərçənginin diaqnostikası icbari tibbi sığorta ilə qarşılanır | 1news.az | Xəbərlər
Cəmiyyət

Süd vəzi xərçənginin diaqnostikası icbari tibbi sığorta ilə qarşılanır

Qafar Ağayev10:58 - 24 / 10 / 2024
Süd vəzi xərçənginin diaqnostikası icbari tibbi sığorta ilə qarşılanır

Süd vəzi xərçəngi ilə mübarizənin əsas yolu erkən diaqnostikadır. İcbari tibbi sığorta hesabına süd vəzi xərçənginin diaqnostikası vətəndaşlara ödənişsiz şəkildə təqdim olunur.

1news.az xəbər verir ki, müxtəlif səbəbli müraciətlər əsasında icbari tibbi sığorta hesabına əhaliyə göstərilən süd vəzinin diaqnostik müayinəsi istiqamətində 2024-cü ilin yanvar-sentyabr ayları ərzində 22 294 sayda xidmət göstərilib.

Xəstəliyin əsas simptomlarına süd vəzisində və ya qoltuqaltı nahiyədə bərk və nahamar törəmənin əmələ gəlməsi, gilədən ifrazat, gilənin içəriyə doğru batması, süd vəzisinin ölçülərində böyümə və ya kiçilmə, yerli hərarət və qızartı, şişkinlik, dərinin portağal qabığına bənzər görünüş alması və s. aiddir.

Süd vəzi xərçənginin inkişaf etməsinə təsir edə bilən bir çox risk faktorları var. Məsələn, irsi və yaş faktorları, hormonal dəyişikliklər, 12 yaşdan tez başlayan mensturasiya, gec yaşda menopauza (55 yaşdan sonra), qadının ilk uşağını dünyaya gətirdiyi yaş və hamiləlik sayı, ana südü ilə qidalandırmamaq, siqaret və tütün məhsullarından istifadə, spirtli içkilərin qəbulu, artıq çəki və piylənmə, fiziki aktivliyin aşağı olması və s.

İcbari tibbi sığorta hesabına qarşılanan müayinələrə süd vəzi xərçənginin diaqnostikasında “qızıl standart” sayılan mammoqrafiya müayinəsi, ultrasəs müayinə (USM), maqnit rezonans tomoqrafiya (MRT), məmənin duktoqrafik müayinəsi, biopsiya və digər laborator testlər aiddir.

Süd vəzisinin yoxlanışına hər bir qadın özünü müayinə ilə başlamalıdır. 20 yaşdan yuxarı qadınlara hər menstrual siklin 5-10-cu günləri aralığında, menopauza və sonrası dövrdə olan qadınlara isə hər ayın eyni günündə güzgü önündə vizual və əl ilə özünü müayinə etməsi tövsiyə olunur. Hər qadın süd vəzilərində baş verən dəyişikliklərə diqqət etməli və hər hansı dəyişiklik olduqda diaqnozun dəqiqləşdirilməsi üçün vaxtında həkimə müraciət etməlidir. Ümumiyyətlə, 20 yaşdan yuxarı qadınlara iki ildən bir ixtisaslı həkim tərəfindən müayinə olunmaq, 40 yaşdan yuxarı qadınlara isə ildə bir dəfə mammoqrafiya müayinəsindən keçmək məsləhət görülür. Mammoqrafiya müayinəsi zamanı alınan radiasiya (şüalanma) digər rentgenoloji müayinələr zamanı alınan radiasiyadan daha aşağı dozadadır. Şübhəli düyün aşkarlanarsa dəqiq diaqnoz biopsiya yolu ilə qoyulur. Biopsiya zamanı süd vəzisindəki törəmədən nümunə alınır və hazırlanmış preparat mikroskop altında incələnir. Bu yolla əldə edilən nəticə dəqiq diaqnozun qoyulmasında mühüm rol oynayır.

Vətəndaşlar Xidmətlər Zərfi ilə təminata alınmış sözügedən müayinələrdən tibbi göstərişə əsasən və ixtisaslı həkim təyinatı ilə yararlana bilərlər. Qeyd edək ki, icbari tibbi sığorta ilə qarşılanan süd vəzi xərçənginin diaqnostikası TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri və Səhiyyə Nazirliyinin tabeliyindəki müvafiq elmi-tədqiqat institutlarında həyata keçirilir.

Məlumat üçün bildirək ki, oktyabr ayı süd vəzi xərçəngi ilə mübarizə ayıdır. Dünyada hər 8 qadından biri bu xəstəlikdən əziyyət çəkir. Dövlət Statistika Komitəsinin 2022-ci il üzrə məlumatlarına əsasən Azərbaycanda süd vəzi xərçəngi qadınlar arasında yayılmasına görə xərçəng xəstəlikləri arasında birinci yerdədir.

Paylaş:
393

Son xəbərlər

DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edibBu gün, 09:33AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTOBu gün, 09:15Lənkəranda ər arvadını bıçaqlayıbBu gün, 09:04Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06
Bütün xəbərlər