Mikayıl Cabbarov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib | 1news.az | Xəbərlər
Cəmiyyət

Mikayıl Cabbarov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib

Qafar Ağayev16:18 - 25 / 10 / 2024
Mikayıl Cabbarov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib

İqtisadiyyat naziri Mikayıl Cabbarov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Fərid İsayev və Əsəd Qurbanzadə ilə Mentorluq proqramı çərçivəsində növbəti görüşlərini keçirib.

1news.az xəbər verir ki, İqtisadiyyat naziri yüksək intellektə malik, rəqabətqabiliyyətli insan resurslarının dayanıqlı inkişafda önəmini vurğulayaraq, ölkəmizdə kadr potensialının gücləndirilməsi üçün görülən işləri qeyd edib.

Qaliblər İqtisadiyyat Nazirliyi tərəfindən “Yüksəliş” müsabiqəsinin qalibləri üçün hazırlanmış Mentorluq proqramı çərçivəsində keçirilən görüşlərdə ölkəmizdə rəqəmsallaşma, innovativ həllərin və texnologiyaların tətbiqi, vergi islahatları, işğaldan azad edilən ərazilərdə iqtisadiyyatın sürətli inkişafı məqsədilə görülmüş işlərlə bağlı ətraflı məlumat aldıqlarını qeyd ediblər. Proqram çərçivəsində qaliblər üçün beynəlxalq iş təcrübəsi, dövlət və özəl sektor nümayəndələri ilə görüş, idarəetmədə effektivliyin artırılması, resursların səmərəli istifadəsi və təşkilatın məqsədlərinə uyğun çevik qərar qəbuletmə mexanizmləri ilə tanışlıq imkanları yaradılıb.

Görüşdə Mentorluq proqramının nəticələri, gənclərin fərdi inkişaf planında müəyyənləşdirilən istiqamətlərdə bacarıqlarının artırılması, qərarların qəbulunda və idarəetmədə strateji yanaşmalar barədə fikir mübadiləsi aparılıb. Qaliblərə fərdi inkişaf planında müəyyənləşdirilən istiqamətlərdə bilik və bacarıqlarının artırılması ilə bağlı tövsiyələr verilib. Mentorluq proqramı çərçivəsində atılacaq növbəti addımlar müzakirə edilib.

Paylaş:
156

Son xəbərlər

Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39Sabunçunun bəzi ərazilərində işıq olmayacaqBu gün, 10:27Cari ilin 10 ayında sosial müavinət və Prezident təqaüdü üzrə ödənişlərin məbləği açıqlanıbBu gün, 10:17Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:10Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edibBu gün, 10:07Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 09:49DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edibBu gün, 09:33AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTOBu gün, 09:15Lənkəranda ər arvadını bıçaqlayıbBu gün, 09:04Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24
Bütün xəbərlər