“Dayanıqlı inkişaf naminə qızların səlahiyyətləndirilməsi” - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Dayanıqlı inkişaf naminə qızların səlahiyyətləndirilməsi” - FOTO

11:43 - 25 / 10 / 2024
“Dayanıqlı inkişaf naminə qızların səlahiyyətləndirilməsi” - FOTO

Trendyol və BMT-nin Əhali Fondu birgə təşəbbüs həyata keçirib.

Qızların səlahiyyətləndirilməsi təhsil, iqtisadi və digər imkanlar daxil olmaqla hər bir sahədə bərabərliyə töhfə verir və dayanıqlı inkişafı dəstəkləyir.

Bu gün dünyanın hər yerində qızların təhsil və iş imkanlarına, iqtisadi resurslara çıxışı daha məhduddur, onların hüquqları daha az təmin olunur.

Amma hekayənin müsbət tərəfi də var. Qızların bacarıqlarının artırılması, liderlik potensialının üzə çıxarılması və dayanıqlı inkişaf naminə onların səlahiyyətləndirilməsi üçün imkanlar mövcuddur.

2011-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə 11 oktyabr Beynəlxalq Qızlar Günü kimi tanınıb.

‘’Bilik səlahiyyətləndirmənin açarıdır: Öyrənməyə və yeni üfüqlər kəşf etməyə davam edin!’’ şüarı ilə bu il Trendyol və BMT-nin Əhali Fondu Azərbaycanda Beynəlxalq Qızlar Gününə həsr olunmuş kampaniya həyata keçirib. Kampaniyanın məqsədi ictimaiyyətin diqqətini qızlar üçün bərabər imkanların yaradılması və qızların səlahiyyətləndirilməsi məsələlərinə çəkməkdir. Kampaniya qızların səlahiyyətləndirilməsi üçün zəruri olan alətlər və dəstəyi qeyd etməklə onların gücünü, dözümlülüyünü və potensialını vurğulayır.

Kampaniya çərçivəsində “Dayanıqlı inkişaf naminə qızların səlahiyyətləndirilməsi” mövzusunda tədbir keçirilib. Paytaxt Bakı və regionlardan 100-dək yeniyetmə qızı bir araya toplayan tədbirin təşkilində məqsəd qızların təhsil, texnologiya və gender bərabərliyi vasitəsilə səlahiyyətləndirilməsini və onların cəmiyyətin dayanıqlı inkişafına töhfələrini müzakirə etmək olub.

Çıxış edənlər qızların icmaların və bütövlükdə cəmiyyətin dayanıqlı inkişafındakı vacib roluna diqqət çəkərək onların təhsil və bərabər imkanlardan yararlanmasının əhəmiyyətini vurğulayıblar.

Panel müzakirəsində cəmiyyətdə tanınmış qadın liderlər şəxsi təcrübələrini bölüşərək, qızların öz potensiallarını reallaşdıra bilməsi üçün bərabər hüquq və imkanların əlçatanlılığının vacibliyinə diqqət çəkiblər.

Dünyanın aparıcı elektron ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması Trendyol qadınların həyatına toxunan, onların səlahiyyətləndirilməsini, təlim, iş, karyera sahəsində ilk addımlarını və inkişafını dəstəkləyən layihələr həyata keçirir.

"Trendyol"un BMT-nin İnkişaf Proqramı ilə birlikdə reallaşdırdığı "Sabahın kəndləri" layihəsi sahibkar və istehsalçı qadınların işini təşviq etməklə yerli məhsulların və sənətkarlıq nümunələrinin əhatə dairəsini genişləndirmək, "Trendyol"un texnoloji resurslarını kənd yerlərinə yaymaqla rəqəmsal boşluğu minimuma endirmək, məşğulluğu stimullaşdırmaq və kəndlərin inkişafına təkan vermək məqsədi daşıyır.

"Gələcək qadınlarındır" və ‘’Güclü qadınlar proqramı’’ vasitəsilə Trendyol qadınların sahibkarlıq fəaliyyətlərini dəstəkləyir, qadınlar üçün daha yaxşı imkanların yaradılmasını təmin edir.

Bununla yanaşı, müxtəlif tərəfdaşlarla birlikdə Azərbaycanda sahibkar qadınların yaşıl biznes və eko-liderlik bacarıqlarını inkişaf etdirməyi hədəfləyir.

‘’Trendyol’’un qadın əməkdaşları və rəhbərlərin sayı Türkiyə ortalamasından yüksəkdir. Trendyol platformasında qadın sahibkarlar satıcıların 28 %-ni təşkil edir. Trendyol satıcıları arasında qadın əməkdaşlar isə 44 %-dir”.

Trendyol və BMT-nin Əhali Fondu qarşıdakı dövrdə qızların səlahiyyətləndirilməsi, onların rəqəmsal bacarıqlarının artırılması və onlar üçün bərabər imkanların yaradılması istiqamətində birgə çalışacaq.

Beynəlxalq Qız Uşaqları Günü ilə əlaqədar BMT-nin Baş Katibinin müraciətində qeyd edilir ki, düzgün dəstək, resurslar və imkanlarla hazırda dünyada yaşayan 1,1 milyarddan çox qızın potensialı sonsuzdur.

Reklam hüququnda

Paylaş:
584

Son xəbərlər

Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02ƏMDX növbəti torpaq hərraclarını elan edibBu gün, 13:51COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib - FOTOBu gün, 13:45AYNA “Ukrayna dairəsi”ndə yeni layihə hazırlayıbBu gün, 13:10Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcəkBu gün, 12:50Azərbaycanda 9 ayda aşkarlanıb blokkanan domenlərin sayı açıqlanıbBu gün, 12:35Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33Bakıda gənc oğlan faciəli şəkildə ölübBu gün, 12:29İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edibBu gün, 12:09Hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənibBu gün, 12:04Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilibBu gün, 11:45Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTOBu gün, 11:37SİMA minlərlə ağacın qorunmasına töhfə verirBu gün, 11:24Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblərBu gün, 11:11Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötürBu gün, 11:02Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39Sabunçunun bəzi ərazilərində işıq olmayacaqBu gün, 10:27
Bütün xəbərlər