Qarabağda su təsərrüfatı sahəsində görülən işlər açıqlanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağda su təsərrüfatı sahəsində görülən işlər açıqlanıb - FOTO

Qafar Ağayev13:04 - 28 / 10 / 2024
Qarabağda su təsərrüfatı sahəsində görülən işlər açıqlanıb - FOTO

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Qarabağda su təsərrüfatı sahəsində irimiqyaslı işlər həyata keçirir.

ADSEA-dan 1news.az-a bildirilib ki, Cəbrayıl, Zəngilan, Füzuli şəhərlərində sakinlərin keyfiyyətli, dayanıqlı içməli su ilə təmin olunması üçün təxirəsalınmaz bərpa və tikinti işləri aparılır.

Məlumata görə, qurumun sifarişi ilə icra olunan Cəbrayıl şəhərinin xarici su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsi 2040-cı ilədək perspektiv inkişaf nəzərə alınmaqla 15 min nəfərin tələbatının ödənilməsinə hesablanıb. Cəbrayıl şəhərində 2023-cü ildə 1 ədəd geoloji kəşfiyyat quyusu qazılıb. Seçilmiş mənbənin məhsuldarlığı və suyun keyfiyyət göstəriciləri şəhəri və ətraf kəndləri içməli su ilə təmin etməyə imkan verir.

Cəbrayıl şəhərinin şimalında ümumilikdə 9 subartezian quyusunun qazılması layihələndirilib və artıq bu istiqamətdə işlərə başlanılıb. İlkin mərhələdə 3 quyu qazılacaq. Cəbrayıl şəhər ərazisində 3 ədəd artezian quyusunun birinci mərhələsində qazıntı işləri nəzərdə tutulub. Məhsuldarlığı saniyədə 12 litr olan quyulardan biri, 6 saylı Subartezian quyusunun idarəetmə otağı istifadəyə verilib. Şəhərdə məskunlaşacaq əhalinin sayı artdıqca yeni quyuların qazılması təmin ediləcək.

Ərazidə hər birinin tutumu 1000 kubmetr olan 2 anbar tikilir. 1-ci anbar test sınağından keçirilərək istismara verilib. Şəhərin çıxışından 600 diametrlik boru ilə 5300 metr məsafədə kanalizasiya xətti çəkilib. 2-ci anbarın 1000 kubmetr hissəsinin dəmir-beton işləri yekunlaşıb, izoliasiya işləri davam edir. Siyirtmə kamerasında və gözətçi otağında da işlər tamamlanıb. 280 diametrlik boru ilə 1177 metr şəhərin giriş nöqtəsinə qədər olan magistral xətt də tam hazırdır. Müasir standartlara cavab verən modul tipli tullantı sutəmizləyici qurğu avadanlığı quraşdırılıb. Görülən işlər zəmanət verir ki, Cəbrayıla köçürülən sakinlər fasiləsiz, dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunsunlar.

Böyük qayıdış planı istiqamətində Zəngilan şəhərində 2020-ci il oktyabr ayından etibarən sakinlərin məskunlaşdığı ərazilərdə idarə və təşkilatlar, mənzillər, fərdi yaşayış evləri 24 saat su ilə təmin olunur.

ADSEA Qarabağ Regional Su İdarəsinin Zəngilan Sukanal sahəsinin sahə rəisi Rəşad Sadıqlının sözlərinə görə, 2024-cü il Dövlət layihəsinə əsasən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Zəngilan şəhərinə fasiləsiz və dayanıqlı suyun verilməsi məqsədilə hər birinin tutumu 4000 kubmetr olmaqla 2 ədəd su anbarı inşa olunmaqdadır. Hazırda dəmir-beton işləri icra olunur.

Bundan əlavə hər birinin tutumu 100 kubmetr olmaqla 2 ədəd su anbarı tikiləcək. Layihəyə əsasən yağış sularının idarə olunması üçün icrası nəzərdə tutulmuş 1 kilometr yağış su xətti də çəkiləcək.

Qarşıda duran perspektiv plana uyğun 9 ədəd subartezian quyusu, 1 ədəd nasosxananın inşası nəzərdə tutulub.
Layihə çərçivəsində 9 kilometrlik məsafədən çəkilən çirkab su kollektor xəttinin tikintisi yekunlaşmaq üzrədir. İşlərin artıq 83 faizi tamamlanıb.

Layihəyə uyğun olaraq 2046 metr magistral su xəttindən 1352 metri və artezianlararası 1837 metr su xəttindən 1143 metri inşa olunub.

Eyni məzmunlu işlər Füzuli şəhərində də aparılır. Hazırda Füzuli şəhərində 648 ailə məskunlaşır. Əhalinin, eləcə də dövlət və özəl sektora aid binaların və obyektlərin içməli su ilə təmin edilməsi məqsədilə layihələr həyata keçirilir.
Şəhəri içməli su ilə təmin etmək üçün hər birinin tutumu 8500 kubmetr olan 2 ədəd və hər birinin tutumu 2500 kubmetr olan 2 ədəd su anbarı inşa edilir. Hazırda anbarların idarəetmə və gözətçi otaqlarının tikinti-quraşdırma işləri yekunlaşıb. Abadlıq işləri aparılır.

Mövcud olan Gövşad kəndindəki mənbədən müvəqqəti olaraq 100 kubmetrlik anbara su vurulur və oradan Füzuli şəhərinə su verilir. Vüqar Sərkərli onu da qeyd etdi ki, şəhər 24 saatlıq dayanıqlı içməli su ilə təmin olunur. Tikilən 17 min kubmetrlik anbar və 2500 kubmetrlik anbarda da işlər yekunlaşmaq üzrədir.

Layihə çərçivəsində Füzuli şəhərində 10330 metr magistral su xətti, 5807 metr artezianlar və anbarlararası su xətti, 1 ədəd tullantı su təmizləyici qurğu, 1816 metrlik kanalizasiya kollektoru inşa olunub. Bundan əlavə 15 ədəd subartezian quyusunun qazıntı işləri artıq yekunlaşıb.

Paylaş:
147

Son xəbərlər

Lənkəranda ər arvadını bıçaqlayıbBu gün, 09:04Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14
Bütün xəbərlər