Azərbaycan hindistanlı rejissor və prodüserlər üçün “İlin çəkiliş məkanı” seçilib | 1news.az | Xəbərlər
Mədəniyyət

Azərbaycan hindistanlı rejissor və prodüserlər üçün “İlin çəkiliş məkanı” seçilib

15:05 - 28 / 10 / 2024
Azərbaycan hindistanlı rejissor və prodüserlər üçün “İlin çəkiliş məkanı” seçilib

23-25 oktyabr tarixlərində Mumbay şəhərində XI Hindistan Beynəlxalq Film Turizmi Konqresi (IIFTC - India International Film Tourism Conclave) keçirilib.

1news.az xəbər verir ki, Türkiyə, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Polşa, İspaniya, Slovakiya, Norveç və digər ölkələrdən film komissiyalarının yer aldığı tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) də iştirak edib.

Ölkəmizdən “Filmlab.az”, “Filmbridge Azerbaijan”, “CNF” və “Ultra Production” şirkətləri IIFTC-də tədbirə qatılıb.
Builki konqres ölkəmiz üçün xüsusilə yaddaqalan olub. Tədbirin mükafatlandırma mərasimində ilin nəticələrinə əsasən, Azərbaycan Hindistandan rejissor və prodüserlər üçün ilin ən populyar çəkiliş məkanı elan edilib.

IIFTC konqresinin rəhbəri Harşad Bhaqvat çıxışında vurğulayıb ki, son illərdə Azərbaycan ən çox tələb görən çəkiliş məkanlarından birinə çevrilib.

Azərbaycan nümayəndə heyəti tədbirdə ölkə mədəniyyətinin təbliği, yaradıcılıq sahələrinin inkişafına dəstək, həmçinin kino potensialımızın beynəlxalq səviyyədə tanıdılması və yerli kino sənayesinin inkişafına xarici mütəxəssislərin cəlb edilməsi məqsədilə bir sıra görüşlər keçirib. Görüşlərdə ölkəmizin həm film çəkilişi məkanı kimi, həm də birgə film istehsal ilə bağlı müzakirələr aparılıb.

Bildirək ki, son iki ildə ölkəmizdə həyata keçirilən "Yaradıcı Azərbaycan" proqramı çərçivəsində müxtəlif layihələrin icrası, Film komissiyasının fəaliyyətinin canlandırılması, xarici istehsalçıların Azərbaycanda çəkilişlərə cəlb olunması yerli kino sənayesinin də inkişafı ilə bağlı əhəmiyyət kəsb edir.

Paylaş:
520

Son xəbərlər

Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Xaçmazda yol qəzası olub, ölən və yaralananlar varBu gün, 15:22Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46Tuvalulu naziri Buradakı müzakirələrin kiçik ada dövlətlərinə də ciddi təsiri varBu gün, 12:50Cümə gününün hava proqnozuBu gün, 12:24Əsassız pensiya ödənişlərinin qarşısının alınması ilə əlaqədar əldə edilən vəsaitin həcmi açıqlanıbBu gün, 11:53
Bütün xəbərlər