“Biznesin müflisləşməsi” İşçi qrupunun vəkillərlə görüşü keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Biznesin müflisləşməsi” İşçi qrupunun vəkillərlə görüşü keçirilib

Qafar Ağayev12:38 - 28 / 10 / 2024
“Biznesin müflisləşməsi” İşçi qrupunun vəkillərlə görüşü keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Ədliyyə Nazirliyinin rəhbərlik etdiyi “Biznesin müflisləşməsi” İşçi qrupunun Azərbaycan Respublikası Vəkillər Kollegiyasının dəstəyi ilə vəkillərlə görüşü keçirilib.

Görüşdə bildirilib ki, Dünya Bankı Qrupunun yeni “Business Ready” hesabatı dünyada biznes və investisiya mühitinin qiymətləndirilməsi məqsədilə aparılan və illik hesabatla müşayiət olunan məlumatların toplanması və analizi layihəsidir. Hesabat dünya ölkələrində biznes mühitini özəl sektorun inkişafı kontekstində qiymətləndirir və Azərbaycanın 2025-ci ilin sentyabr ayında nəşr olunacaq hesabata daxil ediləcəyi, həmçinin B-Ready hesabatının 2026-cı ilədək 180 ölkəni əhatə edəcəyi gözlənilir.

“Doing Business” hesabatını əvəz edən “Business Ready” hesabatında müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın biznes sektoruna birbaşa və dolayısı yolla aidiyyəti olan sahələrin, xüsusilə də vergi, gömrük, maliyyə, ədliyyə, məhkəmə, biznes mühiti və s. indikatorlar üzrə qiymətləndirmələr əsasında yekun rəy veriləcəyi və yeni metodologiyaya əsasən həmin ölkələrin beynəlxalq biznes mövqeyinin müəyyənləşdiriləcəyi bildirilib.

Görüş çərçivəsində İşçi Qrupun rəhbəri, Bakı Apellyasiya Məhkəməsinin hakimi Ramin Qaraqurbanlı və İşçi Qrupun üzvləri ilə vəkillər arasında Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesin müflisləşməsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”ndə nəzərdə tutulan tədbirlərin icrası, o cümlədən müflisləşmə sahəsində normativ hüquqi bazanın keyfiyyəti, beynəlxalq məhkəmə qərarlarının tanınması, hakimlərin və vəkillərin ixtisaslaşması, onların biliklərinin artırılması, məhkəmə fəaliyyətinin elektronlaşdırılması, müflisləşmə icraatı (prosedurları) üzrə xidmətlərin qarşılıqlı fəaliyyəti və müvafiq sahədə informasiyanın ictimai əlçatanlığı, kommunikasiya və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Sonda müzakirə olunan məsələlərlə bağlı maraq doğuran suallara aydınlıq gətirilib.

Məlumat üçün qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” işçi qrupuna rəhbərliyi Ədliyyə Nazirliyi həyata keçirir (https://azranking.az/working-groups).

Paylaş:
144

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər