Nadir Zeynalov: Bakı Beynəlxalq Hava Limanında termometral cihazı quraşdırılacaq
“COP29-la bağlı Bakı Beynəlxalq Hava Limanında termometral, yəni uzaqdan temperaturun ölçülməsi cihazı quraşdırılacaq”.
1news.az xəbər verir ki, bunu COP29 çərçivəsində tibbi xidmətin təşkilinə dair brifinqdə səhiyyə nazirinin müavini Nadir Zeynalov deyib.
Nadir Zeynalov bildirib ki, gələn qonaqların uzaqdan temperaturunun ölçülməsi ilə onlar arasında kimdəsə infeksion xəstəlik olarsa, aşkarlanacaq və əgər şübhəli hallar olarsa, həmin şəxsin müayinə və müalicə olunması təşkil olunacaq: “Meymunçiçəyi, COVID-19 və digər respirator infeksiyaların laborator diaqnostikası üçün lazım olan diaqnostik testlər gətirilib.
N.Zeynalov əlavə edib ki ki, Həmçinin xaricdən gələn qonaqlardan yayıla biləcək virus səbəbindən qrip əleyhinə peyvəndlər gətirilib.
“Məqsəd xidmət göstərəcək vətəndaşlarımızı həm qonaqlardan yoluxa biləcək xəstəliklərdən, həm də mövsumi qriplərdən qorumaqdır”.