Qubada yeddi il əvvəl qadını öldürərək yandırmaqda təqsirləndirilən şəxsə ömürlük cəza verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubada yeddi il əvvəl qadını öldürərək yandırmaqda təqsirləndirilən şəxsə ömürlük cəza verilib

16:19 - Bu gün
Qubada yeddi il əvvəl qadını öldürərək yandırmaqda təqsirləndirilən şəxsə ömürlük cəza verilib

Qubada 7 il əvvəl qətl törətməkdə təqsirləndirilən Osman Ömərov və Əflatun Əspəndiyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

1news.az "Report"a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Osman Ömərov ömürlük, Əflatun Əspəndiyev isə 18 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2017-ci ildə Quba rayonunun Küpçalqışlar kəndi ərazisindəki Qudyalçayın üzərindəki körpünün altında yandırılan "VAZ-2106" markalı avtomobilin içərisində Xaçmaz rayon sakinləri - 1984-cü il təvəllüdlü Rəhman İşıqov və 1998-ci il təvəllüdlü Ülviyyə Məmmədovaya məxsus yanmış meyitlərin aşkar olunması faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılsa da, cinayəti törətmiş şəxsi (şəxsləri) müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb.

Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən cinayət işi yenidən öyrənildikdən sonra 2022-ci il tarixdə iş üzrə dayandırılan icraat təzələnib, həyata keçirilən çoxsaylı istintaq və əməliyyat tədbirləri ilə Xaçmaz rayon sakini, 1994-cü il təvəllüdlü Osman Ömərovun 6 iyul 2017-ci il tarixdən 7 iyul 2017-ci il tarixə keçən gecə Ülviyyə Məmmədova və Rəhman İşıqovla yaşadığı kəndin ərazisində görüşüb aralarında yaranmış mübahisənin gedişində Ülviyyə Məmmədovanı deşici alətlə vurub xəsarət yetirməsindən sonra Rəhman İşıqovla aralarında baş verən mübahisə ilə əlaqədar üzərində gəzdirdiyi bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyyələrinə xəsarətlər yetirib.

Daha sonra cinayətin izini itirmək üçün yol-nəqliyyat hadisəsi görüntüsü yaratmaq məqsədilə Ülviyyə Məmmədova və Rəhman İşıqovun meyitlərini sonuncuya məxsus avtomobilin içərisində Qudyalçayın üzərindəki körpünün altında yandırmasına əsaslı şübhələr müəyyən edilib.

İstintaqın gedişatında Osman Ömərovun törətdiyi cinayətdə 1987-ci il təvəllüdlü Əflatun Əspəndiyevin də kömək etdiyi məlum olub və onun da barəsində həbs qətimkan tədbiri seçilib. Toplanan sübutlar əsasında Osman Ömərov 19 may 2022-ci il tarixdə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə cinayət məsuliyyətinə cəlb edilib.

Paylaş:
52

Son xəbərlər

QDF üç minaaxtaran itin ANAMA-ya ianə edilməsi və ictimaiyyətin mina təhlükəsi barədə maarifləndirilməsi məqsədilə tədbir keçirib - FOTOBu gün, 19:02Abşeronda piyadanı avtomobil vurubBu gün, 17:36COP29 çərçivəsində tibbi xidmətlərin təşkilinə həsr olunmuş brifinq və mediatur keçirilib - FOTOBu gün, 17:15Bakıda yaşayış binasında yanğın olub, 10 nəfər təxliyə edilib - VİDEOBu gün, 17:03Bakıya 5 elektrikli təcili yardım avtomobili gətirilib - FOTOBu gün, 16:46COP29 zamanı metro stansiyalarında tibb məntəqələri təşkil ediləcəkBu gün, 16:27Qubada yeddi il əvvəl qadını öldürərək yandırmaqda təqsirləndirilən şəxsə ömürlük cəza verilibBu gün, 16:19Nadir Zeynalov: Bakı Beynəlxalq Hava Limanında termometral cihazı quraşdırılacaqBu gün, 15:59Vüqar Qurbanov: COP29 ilə bağlı TƏBİB-in tabeliyində olan bütün tibb müəssisələri hazır vəziyyətə gətirilibBu gün, 15:45Azərbaycan XİN İspaniyaya başsağlığı veribBu gün, 15:27Azərbaycanda turizm və rekreasiya zonalarının ərazilərində qadağan edilən hallar təsdiqlənibBu gün, 15:13Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının tərkibi dəyişibBu gün, 15:09İki regional təhsil idarəsinin müdiri yeni vəzifəyə təyin edilibBu gün, 14:45“Kartdan karta” üsulu ilə ödəniş qəbul edən daha 54 sahibkara maliyyə sanksiyaları tətbiq edilibBu gün, 14:18ADY Bakı yük stansiyasında əsaslı təmir-bərpa işləri aparıbBu gün, 14:00Azərbaycan ilə Mərakeş arasında hərbi əməkdaşlıq haqqında saziş imzalanıbBu gün, 13:56Probasiya qeydiyyatında olan şəxslərə pulsuz hüquqi yardım göstərilibBu gün, 13:45Məktəblərdə ekologiya mövzusunda silsilə tədbirlər təşkil olunubBu gün, 13:25İsrail Prezidenti Azərbaycana gələcəkBu gün, 13:08AFFA İntizam Komitəsi 4 klubu cərimələyibBu gün, 12:48
Bütün xəbərlər