COP29-a ev sahibliyi etmək Azərbaycana hansı iqtisadi faydalar gətirəcək? | 1news.az | Xəbərlər
Reportaj

COP29-a ev sahibliyi etmək Azərbaycana hansı iqtisadi faydalar gətirəcək?

16:14 - 01 / 11 / 2024
COP29-a ev sahibliyi etmək Azərbaycana hansı iqtisadi faydalar gətirəcək?

Bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 ərəfəsində 1news.az ictimaiyyətin bu problemlə bağlı məlumatlılığını artırmaq məqsədilə silsilə məqalələr hazırlayır.

Daha əvvəl oxucularımıza iqlim dəyişmələrinin və qlobal istiləşmənin mahiyyəti, dünya ictimaiyyətinin bu mühüm ekoloji problemlə necə mübarizə aparması, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) çərçivəsində iqlim dəyişmələri ilə bağlı görülən işlər, qlobal təşkilatların COP ilə əməkdaşlığı, Paris İqlim Sazişi, dünyanın iqlim dəyişmələrinə necə uyğunlaşdığı, enerji keçidinin əhəmiyyəti və icrası, ölkələrin beynəlxalq öhdəlikləri və nailiyyətləri, COP28, COP29 və COP30 üçlüyü, eləcə də bu sammitin Azərbaycana gətirəcəyi siyasi faydalar barədə bəhs etmişdik.

COP29-a ev sahibliyi etmək Azərbaycan üçün yeni iqtisadi imkanlar açacaq mühüm mərhələdir. Bu hadisə “yaşıl” enerjinin inkişafını əhəmiyyətli dərəcədə sürətləndirə və ölkənin dayanıqlı iqtisadi gələcəyini təmin edə bilər. Aşağıda sammitə ev sahibliyi etməklə Azərbaycanın əldə edə biləcəyi əsas üstünlüklər barədə söhbət açacağıq.

Dünya liderləri və maliyyə mərkəzləri ilə əlaqələrin möhkəmləndirilməsi

COP29 Azərbaycana dayanıqlı enerji keçidində mühüm rol oynayan aparıcı ölkələr və maliyyə institutları ilə daha sıx əlaqələr qurmaq üçün unikal imkan yaradacaq. Emissiyaların azaldılması və bərpa olunan enerji mənbələrinə keçid üzrə öhdəliklərin yerinə yetirilməsi üçün beynəlxalq dəstək və investisiyalar çox böyük əhəmiyyət kəsb edir. Sammit potensial tərəfdaşlar, investorlar və donorlarla birbaşa dialoq üçün platformaya çevriləcək.

Bərpa olunan enerji sektoruna investisiyaların cəlb edilməsi

Azərbaycanda, xüsusilə də ölkənin sahilyanı və dağlıq bölgələrində günəş və külək enerjisi böyük potensiala malikdir. COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq investorların diqqətini cəlb edəcək və maliyyə kanallarını açacaq ki, bu da böyük enerji layihələrinin həyata keçirilməsinə imkan verəcək. Bu, ölkənin Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı kimi beynəlxalq təşkilatlar üçün cəlbediciliyini artıracaq.

Qabaqcıl texnologiyaların transferi

Sammit çərçivəsində Azərbaycan “yaşıl” enerji sahəsinin liderləri ilə əməkdaşlıq qura biləcək ki, bu da qabaqcıl texnologiyalara çıxışı təmin edəcək. Müasir həllərdən istifadə bərpa olunan enerjinin inkişafını sürətləndirməyə və ənənəvi enerji sektorunu modernləşdirməyə kömək edəcək. Bu, dayanıqlı enerji mənbələrinə keçid prosesində səmərəliliyi artırmağa və xərcləri azaltmağa imkan verəcək.

Servis xidməti və birgə istehsal üçün şəraitin yaradılması

Yeni texnologiyaların enerji sektoruna inteqrasiyası yüksək texnoloji avadanlıqların təmir və texniki xidmətinə tələbat yaradacaq. Uzunmüddətli perspektivdə Azərbaycan avadanlıqlara texniki xidmət üzrə regional mərkəzə çevrilə və xarici şirkətlərlə birgə istehsalı təşkil edə bilər. Bu, iqtisadiyyatın şaxələndirilməsini təmin edəcək və yeni iş yerləri yaradacaq.

Təlim proqramlarının inkişafı və kadr hazırlığı

“Yaşıl” enerji sahəsində beynəlxalq liderlərlə əməkdaşlığın genişləndirilməsi Azərbaycanda ixtisaslaşmış təlim proqramlarının və təhsil mərkəzlərinin yaradılması üçün stimul rolunu oynayacaq. Bu, müasir texnologiyalarla işləmək və innovativ layihələri idarə etmək qabiliyyətinə malik yerli mütəxəssislərin hazırlanmasına kömək edəcək. Peşəkar kadrların formalaşması sektorun gələcəkdə dayanıqlı inkişafını təmin edəcək.

Yeni iş yerlərinin yaradılması və yerli ekspertlərin inkişaf etdirilməsi

“Yaşıl” enerjinin tətbiqi və texnologiyaların transferi əmək bazarına müsbət təsir göstərəcək. Yeni müəssisələr və layihələr mühəndislər, ekoloqlar, layihə menecerləri və texniki mütəxəssislər üçün iş yerləri yaradacaq. Bu, məşğulluq səviyyəsini artıracaq və yerli ekspertlərin inkişafını gücləndirəcək ki, bu da öz növbəsində ölkə iqtisadiyyatını möhkəmləndirməyə imkan verəcək.

Biznes üçün yeni imkanlar və xərclərin optimallaşdırılması

Dayanıqlı enerji mənbələrinə keçid böyük müəssisələrdən tutmuş startaplara qədər hər ölçüdə biznes müəssisələri üçün yeni imkanlar yaradacaq. Enerji cəhətdən səmərəli texnologiyaların tətbiqi şirkətlərin əməliyyat xərclərini azaltmağa, bununla da onların daxili və xarici bazarlarda rəqabət qabiliyyətini artırmağa imkan verəcək.

COP29-un Bakıda keçirilməsi sadəcə nüfuzlu hadisə deyil, həm də iqtisadiyyatı inkişaf etdirmək üçün strateji imkandır. İnvestisiyaların və qabaqcıl texnologiyaların cəlb edilməsi, eləcə də kadr potensialının inkişaf etdirilməsi Azərbaycan üçün “yaşıl” enerjiyə dayanıqlı keçidi təmin edəcək. Sammit həmçinin ölkənin qlobal iqlim problemlərinin həllində etibarlı tərəfdaş kimi beynəlxalq imicini gücləndirəcək.

Qeyd edək ki, 1news.az Bakıda keçiriləcək COP29 ərəfəsində əhalinin iqlim problemləri ilə bağlı maarifləndirilməsi məqsədilə materiallar dərc etməyə davam edəcək.

Bu məqalə hazırlanarkən açıq mənbələrdən götürülmüş məlumatlardan istifadə edilib.

Leyla Məmmədova

Paylaş:
679

Son xəbərlər

Sabah külək güclənəcək - sarı və narıncı xəbərdarlıq verilib07 / 12 / 2024, 18:22Tovuzdakı partlayışla bağlı FHN məlumat yayıb - Xəsarət alan var07 / 12 / 2024, 17:38Azərbaycanda “Xüsusi nəzarətdə olan dərman vasitələrinin Siyahısı” dəyişib07 / 12 / 2024, 17:35AFFA İntizam Komitəsi II Liqa təmsilçisinə texniki məğlubiyyət verib07 / 12 / 2024, 16:57Tovuzda partlayış olub, xəsarət alanlar var - FOTO07 / 12 / 2024, 16:28Azercell jurnalistlər üçün “Media Texnologiyaları: yeniliklər və trendlər” adlı təlim təşkil etdi - FOTO07 / 12 / 2024, 16:07Bakıda Azərbaycan Milli Revmatoloji Konqresi keçirilir07 / 12 / 2024, 15:29Fuat Oktay: Sülh üçün Zəngəzur dəhlizinin açılması əhəmiyyətlidir07 / 12 / 2024, 14:51Sahibə Qafarova: İkili standartlar, daxili işlərə müdaxilələr müasir dövrdə ölkələrin qarşılaşdığı neqativ hallardır07 / 12 / 2024, 14:22Milli Məclisdə Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB07 / 12 / 2024, 14:12Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - İki nazirlik məlumat yaydı07 / 12 / 2024, 13:50Sumqayıtda beşmərtəbəli binada yanğın olub, 5 nəfər təxliyə edilib - VİDEO07 / 12 / 2024, 13:45Sabah hava necə olacaq? - Proqnoz07 / 12 / 2024, 13:03Müşfiqabad qəsəbəsində 2000-ə yaxın Eldar şamı və zeytun ağacı əkilib07 / 12 / 2024, 12:57Azərbaycan gömrükçüləri külli miqdarda pirotexniki vasitə aşkarlayıb07 / 12 / 2024, 12:14Fuat Oktay: “Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan dövlətlərinin ortaq bir gələcək qurmaq iradəsinin ən konkret göstəricisi olub”07 / 12 / 2024, 11:41Binədə qanunsuz tikililər sökülüb07 / 12 / 2024, 11:34Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlanıb07 / 12 / 2024, 11:23Spiker: AŞPA və Avropa Parlamenti Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışır07 / 12 / 2024, 11:08Düşən yağıntının miqdarı 3 milli metrədək olub - Faktiki hava07 / 12 / 2024, 10:58
Bütün xəbərlər