Azercell-in dəstəyi ilə yaradılan “Uşaq Qaynar Xətti”nə son 3 ay ərzində 500-ə yaxın zəng daxil olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azercell-in dəstəyi ilə yaradılan “Uşaq Qaynar Xətti”nə son 3 ay ərzində 500-ə yaxın zəng daxil olub

11:11 - 01 / 11 / 2024
Azercell-in dəstəyi ilə yaradılan “Uşaq Qaynar Xətti”nə son 3 ay ərzində 500-ə yaxın zəng daxil olub

“Uşaq Qaynar Xətti” 2024-cü ilin 3-cü rübünün nəticələrini açıqladı.

2024-cü ilin iyul, avqust, sentyabr ayları ərzində “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə (AUQX) ümumilikdə 481 müraciət daxil olub. Xidmətin təqdim etdiyi hesabata əsasən, müraciətlərin 138-i hüquqi məsələlər, 63-ü psixoloji dəstək, 41-i sosial çətinliklər, 38-i təhsil problemləri, 5-i isə səhiyyə sahəsinə aid olub. Digər kateqoriyaya daxil olan və naməlum zənglərin sayı 196 təşkil edib.

18 yaşdan yuxarı olan şəxslər tərəfindən edilən müraciətlərin sayı 396, 18 yaşdan aşağı uşaqlardan daxil olan müraciətlərin sayı 39, naməlum zənglərin sayı isə 46-dır. Müraciətlərin 271-i qız, 164-ü oğlan tərəfindən, 46-sı anonim şəkildə edilib.

Daxil olan müraciətlərlə bağlı bir sıra vacib tədbirlər görülüb. Hesabat dövrü ərzində 38 ailə ilə görüş təşkil edilib, hüquqi dəstək göstərilib, 50 sosial-psixoloji reabilitasiya işi aparılıb. Bununla yanaşı, 10 ailəyə və 3 məktəbə təcili səfərlər təşkil olunub.

“Azercell Telekom” MMC-nin dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin əsas məqsədi uşaqlar və onların ailələrinin üzləşdiyi müxtəlif problemlərin həllinə ixtisaslaşmış yardım göstərməkdir. Xidmət uşaqların təhlükəsizliyinin və rifahının qorunması üçün daima fəaliyyətini genişləndirir.

“Uşaq Qaynar Xətt”i 116111 qısa nömrəsi, 4 mobil xətt (+994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80), elektron poçt ([email protected]), FacebookInstagram sosial şəbəkələri, “uşaqqaynarxetti” mobil tətbiqi, həmçinin AUQX veb-saytındakı canlı çat üzərindən xidmət göstərir.

Reklam hüququnda

Paylaş:
108

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər