DYP paytaxtın bəzi yollarında hərəkət istiqamətinin dəyişdirilməsi ilə bağlı sürücülərə müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

DYP paytaxtın bəzi yollarında hərəkət istiqamətinin dəyişdirilməsi ilə bağlı sürücülərə müraciət edib

17:34 - 02 / 11 / 2024
DYP paytaxtın bəzi yollarında hərəkət istiqamətinin dəyişdirilməsi ilə bağlı sürücülərə müraciət edib

Noyabrın 3-də səhər saat 10 radələrindən 14 radələrinədək COP29 tədbirinə hazırlıq məqsədi ilə paytaxtın Abbasqulu ağa Bakıxanov, Tbilisi, İnşaatçılar, Nəriman Nərimanov, Mehdi Hüseyn, Teymur Elçin, Niyazi, Neftçilər, Yusif Səfərov, Xətai, Heydər Əliyev, Zərifə Əliyeva, Üzeyir Hacıbəyli, Kövkəb Səfərəliyeva, Zığ şosesi (qismən), İstiqlaliyyət küçəsində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlərin keçirilməsi üçün avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən 1news.az-a bildirilib ki, hava limanı istiqamətinə alternativ yol kimi 8 Noyabr prospektindən Zığ yoluna keçməklə, Heydər Əliyev prospektində köməkçi yol ilə Bakıxanov qəsəbəsindən keçməklə, eləcə də Ziya Bünyadov prospektindən Qara Qarayev prospektinə və Mikayıl Əliyev küçəsinə keçməklə hərəkət edə bilərlər.

Şəhərin mərkəzinə doğru isə Mətbuat prospekti, Mikayıl Müşfiq, Abdulla Şaiq, Mirzağa Əliyev və Şəmsi Bədəlbəyli küçələrindən keçməklə daxil olmaq mümkündür.

Bilgəh Kardioloji Sanatoriyasından Hava limanı istiqamətində məhdudiyyət tətbiq olunduğundan sürücülər Maştağa qəsəbəsindən, Albalılıq yolundan Mərdəkan istiqamətinə keçməklə Qala dairəsindən Zığ şosesi istiqamətində hərəkət edə bilərlər.

Sürücülərdən monitorinq müddətində qeyd edilən istiqamətlər üzrə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq olunacaq məhdudiyyətləri nəzərə almaları, mümkün qədər ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur.

Paylaş:
381

Son xəbərlər

Aydın Tağıyevin UNEC-də “Könüllülük Vətəndən Başlayır” təlimi baş tutdu - FOTO08 / 12 / 2024, 10:55Sabah külək güclənəcək - sarı və narıncı xəbərdarlıq verilib07 / 12 / 2024, 18:22Tovuzdakı partlayışla bağlı FHN məlumat yayıb - Xəsarət alan var07 / 12 / 2024, 17:38Azərbaycanda “Xüsusi nəzarətdə olan dərman vasitələrinin Siyahısı” dəyişib07 / 12 / 2024, 17:35AFFA İntizam Komitəsi II Liqa təmsilçisinə texniki məğlubiyyət verib07 / 12 / 2024, 16:57Tovuzda partlayış olub, xəsarət alanlar var - FOTO07 / 12 / 2024, 16:28Azercell jurnalistlər üçün “Media Texnologiyaları: yeniliklər və trendlər” adlı təlim təşkil etdi - FOTO07 / 12 / 2024, 16:07Bakıda Azərbaycan Milli Revmatoloji Konqresi keçirilir07 / 12 / 2024, 15:29Fuat Oktay: Sülh üçün Zəngəzur dəhlizinin açılması əhəmiyyətlidir07 / 12 / 2024, 14:51Sahibə Qafarova: İkili standartlar, daxili işlərə müdaxilələr müasir dövrdə ölkələrin qarşılaşdığı neqativ hallardır07 / 12 / 2024, 14:22Milli Məclisdə Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB07 / 12 / 2024, 14:12Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - İki nazirlik məlumat yaydı07 / 12 / 2024, 13:50Sumqayıtda beşmərtəbəli binada yanğın olub, 5 nəfər təxliyə edilib - VİDEO07 / 12 / 2024, 13:45Sabah hava necə olacaq? - Proqnoz07 / 12 / 2024, 13:03Müşfiqabad qəsəbəsində 2000-ə yaxın Eldar şamı və zeytun ağacı əkilib07 / 12 / 2024, 12:57Azərbaycan gömrükçüləri külli miqdarda pirotexniki vasitə aşkarlayıb07 / 12 / 2024, 12:14Fuat Oktay: “Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan dövlətlərinin ortaq bir gələcək qurmaq iradəsinin ən konkret göstəricisi olub”07 / 12 / 2024, 11:41Binədə qanunsuz tikililər sökülüb07 / 12 / 2024, 11:34Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlanıb07 / 12 / 2024, 11:23Spiker: AŞPA və Avropa Parlamenti Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışır07 / 12 / 2024, 11:08
Bütün xəbərlər