COP29 tarixlərində nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinq keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

COP29 tarixlərində nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinq keçirilib

10:32 - 02 / 11 / 2024
COP29 tarixlərində nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinq keçirilib

COP29 konfransı tarixlərində Bakıda nəqliyyatın idarə olunması planı və bu istiqamətdə icrası nəzərdə tutulan kompleks tədbirlər barədə ictimaiyyəti məlumatlandırmaq məqsədilə COP29 Azərbaycan Əməliyyat Şirkəti, Baş Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) iştirakı ilə COP29 nəqliyyat planının təqdimatına dair brifinq keçirilib.

Tədbir məkanı olan Bakı Stadionunda baş tutan brifinqdə adıçəkilən qurumların nümayəndələri konfransın keçiriləcəyi müddətdə böyük ziyarətçi axınını idarə etmək məqsədilə nəqliyyat xidmətinin effektiv təşkili, iştirakçıların və yerli sakinlərin rahat hərəkətini təmin etmək üçün görülən tədbirlər barədə ətraflı məlumat verib.

Brifinqdə təqdimatla çıxış edən COP29 Azərbaycan Əməliyyat Şirkətinin nəqliyyat departamentinin direktoru Orxan Mahmudlu qeyd edib ki, ölkəmizin indiyə qədər ev sahibliyi etdiyi ən iri miqyaslı tədbir olan COP29-a təşkilati hazırlıq işlərinin tələb etdiyi spesifik yanaşma həmin nəqliyyat sahəsində icra olunan tədbirlərə də şamil olunub. Belə ki, bu istiqamətdə müvafiq plan və konsepsiyanın hazırlanmasına bu ilin fevralından sentyabr ayına qədər hazırlandığı diqqətə çatdırılıb. Konsepsiya COP29 müddətində təhlükəsiz və operativ qaydada qonaqların hava limanından konfrans məkanına və əks istiqamətdə daşınması, şəhər daxilində sərbəst hərəkətinin təmin olunması, paytaxtda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi kimi elementləri özündə ehtiva etdiyini bildirən O. Mahmudlu Bakı şəhərində fəaliyyət göstərəcək nəqliyyat qovşaqları barədə də ətraflı məlumat verib. Çıxışda həmçinin COP29 dövründə şəhərdə hərəkət edəcək xüsusi COP29 nəqliyyat vasitələri, xüsusi marşrutlu konfrans avtobusları, yüzlərlə xüsusi taksi və ekspress ictimai avtobusların fəaliyyəti, eləcə də COP29 xüsusi zolaqlar üzrə hərəkət qaydaları barədə də geniş məlumat verilib.

Daha sonra çıxış edən AYNA-nın İdarə heyətinin sədri Anar Rzayev COP29-da iştirak məqsədilə paytaxta səfər edəcək qonaqların sayı nəzərə alınaraq şəhər sakinlərini ictimai nəqliyyatdan istifadə etməyə çağırıb. O həmçinin həmən günlərdə hava limanı istiqamətində hərəkət edəcək vətəndaşları alternativ olan Zığ şossesindən istifadə etməyi də tövsiyə edib. A. Rzayev qeyd edib ki, COP29 günlərində hava limanından iki istiqamətdə - 28 May metrosu və Əhmədli metrosu, ictimai ekspress avtobuslar fəaliyyət göstərəcək, həmçinin, konfrans günlərində Bakıda avtobusların marşrut xətlərində müəyyən dəyişikliklər olacaq, bununla əlaqədar vətəndaşların qarşıdakı günlərdə məlumatlandırılacağını əlavə edib.

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəisi Namidan Piriyev isə çıxışında COP29 günləri müddətində şəhərin müxtəlif istiqamətlərindən giriş və çıxışlarla bağlı məlumat verib. O qeyd edib ki, qlobal əhəmiyyətli bu tədbirin ölkəmizə səfər edəcək yüksək səviyyəli qonaqların müşayiəti və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə tədbirin gedişatından asılı olaraq paytaxtın bəzi əsas küçə və prospektlərində fasilələrlə məhdudiyyətlər tətbiq olunacaq, lakin yolların bağlanmasına zərurət yoxdur. Biz sadəcə vətəndaşlarımıza tədbirin miqyasını nəzərə alaraq şəxsi nəqliyyat vasitələrindən az istifadə etməyi tövsiyə edirik.

Tədbirin sonunda media nümayəndələrini maraqlandıran sualların cavablandırılması üçün sual-cavab sessiyası keçirildi.

Xatırladaq ki, cari ay ərzində COP29 tarixlərində nəqliyyatın idarəedilməsi sxemlərinin sınaqdan keçirilməsi məqsədilə bir sıra geniş miqyaslı monitorinqlər keçirilib. Nəqliyyat monitorinqləri zamanı COP29-a məxsus avtobus və avtomobillər, yanğınsönüdrümə və təcili tibbi yardım maşınları, eləcə də yüzlərlə COP29 könüllüsü cəlb edilməklə müxtəlif ssenari və istiqamətlər üzrə nəqliyyatın hərəkəti uğurla sınaqlardan keçirilmişdir.

Növbəti nəqliyyat monitorinqi isə 3 noyabr tarixində saat 11:00-dan 14:00-dək keçiriləcək. Monitorinq tədbirləri Heydər Əliyev, İstiqlaliyyət, Nərimanov, Xətai, Tbilisi, Azadlıq və Neftçilər prospektləri, eləcə də Lermontov, Teymur Elçin, Niyazi, Nizami, Yusif Səfərov, Mikayıl Hüseynov, Rəşid Beyhbudov, Xəqani Rüstəmov, Puşkin, Abdulla Şaiq, Nizami, İzmir, Bakıxanov küçələri, həmçinin Mərdəkan, Zığ və Aeroport şosselərini əhatə edəcək. Sözügdən müddətdə qeyd edilən yollarda nəqliyyatın hərəkətinə tətbiq ediləcək məhdudiyyətlər nəzərə alınaraq sürücülərdən alternativ yollardan və ictimai nəqliyyat vasitələrdən istifadə edilməsi xahiş olunur.

Paylaş:
357

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər