Küləkli hava ilə bağlı yolda sürət həddi endirildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Küləkli hava ilə bağlı yolda sürət həddi endirildi

Qafar Ağayev09:56 - 05 / 11 / 2024
Küləkli hava ilə bağlı yolda sürət həddi endirildi

Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

1news.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

“Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat - sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün məlumat sürət tablolarında "güclü külək" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir”, - məlumatda qeyd olunub.

Paylaş:
184

Son xəbərlər

Bütün xəbərlər