FHN metronun “Koroğlu” stansiyasında təlim keçirib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN metronun “Koroğlu” stansiyasında təlim keçirib - VİDEO

Qafar Ağayev10:45 - Bu gün
FHN metronun “Koroğlu” stansiyasında təlim keçirib - VİDEO

Fövqəladə Hallar Nazirliyi və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə metronun “Koroğlu” stansiyasında taktiki-xüsusi təlim keçirilib.

Bu barədə 1news.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub. Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib.

Əvvəlcə, FHN-in “112” qaynar telefon xəttinə metronun “Koroğlu” stansiyasının A-9 yarımstansiyasının soyutma aqreqat otağında kondisionerin kompressorunda qısaqapanma nəticəsində “yanğın” baş verməsi barədə “məlumat daxil olub” və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Xüsusi Riskli Xilasetmə xidmətləri, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları tərəfindən əvvəlcə stansiyanın bağlanması, tuneldə işçi işıqların yandırılması, keçid qapılarının açılması və “yanğına ilkin müdaxilə” işləri həyata keçirilib.

FHN-in mobil yanğın-xilasetmə qrupları tərəfindən fərdi mühafizə vasitələrindən istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, qısa müddətdə şərti yanğın “söndürülüb”, xilasetmə vasitələri tətbiq edilməklə “zərərçəkmişlər” təxliyə olunaraq onlara “ilkin yardım göstərilib”.

Xilasedicilər tərəfindən xilasetmə və təxliyə işləri başa çatdıqdan sonra platformada şərti naməlum çantanın olduğu barədə FHN-in Böhran Vəziyyətlərin İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən hadisə yerinə gələn Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji qrupu və pirotexniklər dərhal fəaliyyətə başlayıb. Ərazidə təhlükəsizlik tədbirləri görüldükdən sonra çantaya baxış keçirilib və heç bir partlayıcı maddə aşkar olunmayıb.

Həmçinin, yeraltı keçiddə digər 2 ədəd naməlum şərti qutunun olduğu və qutuların birindən qırmızı tüstünün çıxdığı müşahidə edilib. Dərhal həmin ərazidə “huşunu itirmiş zərərçəkmişlər” təxliyə olunaraq onlara “ilkin yardım” göstərilib. Qutuların içində “kimyəvi maddələrin” olması ehtimalına əsasən FHN-in Mülki müdafiə qoşunlarının Səyyar kimya laboratoriyası əraziyə cəlb edilib. Ərazidə kimya kəşfiyyatı aparıldıqdan sonra qutuların ərazidən uzaqlaşdırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilib, yeraltı keçidin “kimyəvi maddələrdən təmizlənməsi üçün deqazasiya işləri görülüb”.

Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, FHN və Metropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə hallarda xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi və təxliyə zamanı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.

Təlimə FHN-in ümumilikdə 10 ədəd texnikası, 2 baş it və 66 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.

Paylaş:
37

Son xəbərlər

İlham Əliyev Qırğızıstana səfərə gedibBu gün, 12:24Yağış, qar, külək - Sabahın havası açıqlandıBu gün, 12:13Musiqi və incəsənət məktəblərində tədris proqramları yenilənibBu gün, 12:09QMİ sədrindən təklif: COP çərçivəsində Dini liderlərin Məşvərət Şurası yaradılsınBu gün, 11:57Quba-Xınalıq yolunda yeni körpünün inşasına başlanılıb - FOTOBu gün, 11:45Bakıda evdən dəyəri 10 min manatdan çox olan avadanlıq oğurlanıbBu gün, 11:28TKTA diplomları tanınmayan və ən çox imtina alan universitetlərin siyahısını açıqlayıbBu gün, 11:25İçərişəhərdə COP29 zamanı ziyarətçilərə uzadılmış iş saatlarında xidmət göstəriləcəkBu gün, 11:21“Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər verən "Birinci" tarifini təqdim edirBu gün, 11:13ADY-nin tranzit daşımaları ötən il ilə müqayisədə 7 faiz artıbBu gün, 11:04FHN metronun “Koroğlu” stansiyasında təlim keçirib - VİDEOBu gün, 10:45Milli Depozit Mərkəzi İT sistemlərini “Hökumət buludu”na köçürübBu gün, 10:35Əmtəə bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 10:33COP29 günlərində enerji təchizatının dayanıqlığı üçün əks-qəza məşqləri keçirilibBu gün, 10:33Küləkli hava şəraiti nə vaxtadək davam edəcək?Bu gün, 10:10Tərtər-Ağdərə avtomobil yolunun inşasına başlanılıb - FOTO - VİDEOBu gün, 10:06Bestcomp Group - CISCO tərəfindən MEA regionunda “İlin informasiya təhlükəsizliyi üzrə tərəfdaşı” seçilibBu gün, 09:57Küləkli hava ilə bağlı yolda sürət həddi endirildiBu gün, 09:56İki BOKT-un vəzifəli şəxsləri cərimə edildiBu gün, 09:50Şəkidə oğurluq etməkdə şübhəli bilinən maskalı şəxslər tutulubBu gün, 09:44
Bütün xəbərlər