İçərişəhərdə “Qurama Art: EKO İnstalyasiya” sərgisinin açılışı baş tutub - FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

İçərişəhərdə “Qurama Art: EKO İnstalyasiya” sərgisinin açılışı baş tutub - FOTO

Qafar Ağayev16:13 - 06 / 11 / 2024
İçərişəhərdə “Qurama Art: EKO İnstalyasiya” sərgisinin açılışı baş tutub - FOTO

İçərişəhərdə bu gün keçirilən “Qurama Art: EKO İnstalyasiya” sərgisi, sənətin və təbiətin harmoniyasını, həmçinin müasir instalyasiyanın imkanlarını bir araya gətirən xüsusi bir tədbirdir.

1news.az xəbər verir ki, sərgi, ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəstək olaraq təşkil olunub.

Açılışda çıxış edən İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri İntiqam Babayev vurğuladı ki, Azərbaycanın milli irsinin ayrılmaz hissəsi olan qurama motivi o qədər zəngindir ki, bu sərgidə o, konseptual incəsənət formasında öz təzahürünü tapmışdır. Onun sözlərinə görə, sərgidə təqdim olunan instalyasiyalar vasitəsilə təbiətdəki tarazlıq və ahəng, ətraf mühitin mühafizəsi, sıfır tullantı yolu yeni incəsənət nümunələrinin yaradılması, tarixi köklərimizin nümayişi, insanın həyata dair baxış fəlsəfəsini əhatə edən bir çox aspektlərə toxunulmuşdur. Sərgi resursların səmərəli istifadəsini, təbiətə və insanlara qarşı hörməti simvolizə edir, həmçinin sıfır tullantı fəlsəfəsini təbliğ edir.

Sərgidə yerli və xarici qurama sənətçiləri tərəfindən hazırlanmış ekoloji və fəlsəfi mövzularda instalyasiyalar nümayiş olunur. Ziyarətçilər, Aytən Abdullayeva, İmran Mehdiyev, Afaq Cəlilova, Nərgiz Əsgərova, Məmməd Rəşidov, Vüsalə Ağaraziyeva, Zaur Qəhrəmanov, Samir Səmədov, Leyla Quliyeva, Sevinc Quliyeva, Rövşən Məhərrəmli, Fərid Məmmədov və Qırğızıstandan Abdykerimova Saltanat kimi yerli və xarici qurama sənətçilərinin əl işləri vasitəsi ilə bu nadir sənətin dərinliklərinə enə və onun müxtəlif yönlərini kəşf edə bilərlər.

Sərgi noyabrın 30-dək davam edəcək. Bakı Fotoqrafiya Evi, ziyarətçiləri bu təkrarsız sərgini gəzərək, sənətin, təbiətin və dayanıqlı inkişafın qovuşduğu bu gözəl dünyanı kəşf etməyə dəvət edir.

Paylaş:
305

Son xəbərlər

DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24
Bütün xəbərlər