Elm və Təhsil Nazirliyi İT resurslarını “Hökumət buludu”na köçürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Elm və Təhsil Nazirliyi İT resurslarını “Hökumət buludu”na köçürüb

13:28 - 07 / 11 / 2024
Elm və Təhsil Nazirliyi İT resurslarını “Hökumət buludu”na köçürüb

“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanının icrası davam etdirilir.

Fərmanın icrası çərçivəsində informasiya sistemləri və ehtiyatlarını “Hökumət buludu”na köçürən növbəti dövlət qurumu Elm və Təhsil Nazirliyi (ETN) olub.

Nazirliyin tabeliyindəki Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (TSİİ) informasiya sistemləri və ehtiyatlarını qismən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyindəki “AznTelecom” MMC-yə məxsus Bakı Data Mərkəzinə yerləşdirib. TSİİ “Hökumət buludu” layihəsi çərçivəsində Yerləşdirmə (Colocation) xidmətindən istifadə etməklə informasiya resurslarını miqrasiya edərək kritik sistemlərin yüksək əlçatanlığını təmin edib.

Qeyd edək ki, RİNN tərəfindən həyata keçirilən “Hökumət buludu” layihəsinin icraçısı “AzInTelecom” MMC-dir. Layihə çərçivəsində dövlət qurumlarının İT sistemlərinin “AzInTelecom”a məxsus Bakı və Yevlax Data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari İT xərcləri azalır və informasiya sistemlərinin məhsuldarlığı artır. Beləliklə, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksəkkeyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.

“AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Şirkətə məxsus data mərkəzləri, həmçinin “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyir.

Reklam hüququnda

Paylaş:
437

Son xəbərlər

“YAŞAT” Fonduna daxil olan məbləğin həcmi açıqlanıbBu gün, 11:57Gömrükçülər “alma” yüklü avtomobildən külli miqdarda narkotik vasitə aşkar etdilər - FOTOBu gün, 11:30Bakıdan Sumqayıta yeni ekspres avtobus marşrutu istifadəyə verildiBu gün, 11:03Əsədin yeraltı həbsxanası: Görüntülər var, saxlanılanların yeri tapılmırBu gün, 11:01Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıbBu gün, 10:44Ötən ay ailə başçısını itirməyə görə ödənilən vəsaitin həcmi açıqlanıbBu gün, 10:30“Best Model of Azerbaijan 2024” - FinalBu gün, 10:11FHN bəzi təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib - VİDEOBu gün, 09:54Yağıntılı hava şəraiti günün ikinci yarısınadək davam edəcəkBu gün, 09:39İsrail qüvvələri 1973-cü ildən sonra ilk dəfə Suriya ərazilərinə daxil olubBu gün, 09:21AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:14Nizami rayonunda sexdə yanğın olub - FOTO - VİDEOBu gün, 09:10Bakının bəzi yollarında sıxlıq var – SİYAHIBu gün, 09:09Aydın Tağıyevin UNEC-də “Könüllülük Vətəndən Başlayır” təlimi baş tutdu - FOTO08 / 12 / 2024, 10:55Sabah külək güclənəcək - sarı və narıncı xəbərdarlıq verilib07 / 12 / 2024, 18:22Tovuzdakı partlayışla bağlı FHN məlumat yayıb - Xəsarət alan var07 / 12 / 2024, 17:38Azərbaycanda “Xüsusi nəzarətdə olan dərman vasitələrinin Siyahısı” dəyişib07 / 12 / 2024, 17:35AFFA İntizam Komitəsi II Liqa təmsilçisinə texniki məğlubiyyət verib07 / 12 / 2024, 16:57Tovuzda partlayış olub, xəsarət alanlar var - FOTO07 / 12 / 2024, 16:28Azercell jurnalistlər üçün “Media Texnologiyaları: yeniliklər və trendlər” adlı təlim təşkil etdi - FOTO07 / 12 / 2024, 16:07
Bütün xəbərlər