DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO

20:30 - 07 / 11 / 2024
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə Mərkəzdə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, həmçinin Vətən Müharibəsi Qəhrəmanlarının iştirakı ilə keçən tədbirdə Mərkəzin təlimçiləri və benefisiarlarının hazırladıqları əl işlərinə baxış olub. Həmçinin, Mərkəzin fotoqrafiya üzrə təlimçisi Orxan Əzimin işğaldan azad edilmiş ərazilərimizdən çəkdiyi fotolar ilk dəfə ictimaiyyətə təqdim olunub.

Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev çıxış edərək dörd il əvvəl möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun 44 günlük Vətən müharibəsində möhtəşəm tarixi Zəfər qazandığını, torpaqlarımızın Ermənistanın 30 ilədək davam edən işğalından azad edildiyini vurğulayıb.

Nazir müavini dövlətimizin başçısının tapşırığına əsasən, şəhid ailələri və müharibə iştirakçılarının sosial dəstəklə əhatə olunması sahəsində aparılan işləri qeyd edib.

Həssas qruplara qayğının dövlətimizin siyasətində mühüm yer tutduğu bildirilib. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin də həssas qrupların bacarıqlarının inkişafına, cəmiyyətə inteqrasiyasına xidmət etdiyi vurğulanıb.

44 günlük Vətən müharibəsinin parlaq qəhrəmanlıq səhifələrindən birinin də Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad edilməsi olduğu, bu şanlı tarixin gələcək nəsillərə çatdırılmasında filmlərin, fotosənədlərin vacibliyi qeyd edilib. Bu baxımdan “Hadrut, sən azadsan!” sənədli filminin də mühüm önəmi diqqətə çatdırılıb.

Şəhid Ayaz İmanzadənin həyat yoldaşı Gülşən İmanzadə çıxış edərək, dövlətimizin şəhid ailələrinə, müharibə iştirakçılarına göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs edib. “Hadrut, sən azadsan!” sənədli filminin ssenari müəllifi Rasim İsmayılov, quruluşçu rejissoru Cavidan Şərifov filmin çəkilişi ilə bağlı maraqlı məqamları bölüşüblər.

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın baş prodüserliyi ilə ərsəyə gələn həmin filmin bundan əvvəl çəkilən “Şuşa, sən azadsan!” sənədli filmi kimi müasir tariximizin ən parlaq səhifələrini kino salnaməsinə çevirdiyi vurğulanıb.

Qeyd edək ki, filmin prodüserləri Orman Əliyev və Nazim Hüseynov, quruluşçu operatorları Ziya Babayev və Əli Əliyevdir.

Sonra “Hadrut, sən azadsan!” sənədli filmi nümayiş etdirilib.

Paylaş:
116

Son xəbərlər

Sabah külək güclənəcək - sarı və narıncı xəbərdarlıq verilib07 / 12 / 2024, 18:22Tovuzdakı partlayışla bağlı FHN məlumat yayıb - Xəsarət alan var07 / 12 / 2024, 17:38Azərbaycanda “Xüsusi nəzarətdə olan dərman vasitələrinin Siyahısı” dəyişib07 / 12 / 2024, 17:35AFFA İntizam Komitəsi II Liqa təmsilçisinə texniki məğlubiyyət verib07 / 12 / 2024, 16:57Tovuzda partlayış olub, xəsarət alanlar var - FOTO07 / 12 / 2024, 16:28Azercell jurnalistlər üçün “Media Texnologiyaları: yeniliklər və trendlər” adlı təlim təşkil etdi - FOTO07 / 12 / 2024, 16:07Bakıda Azərbaycan Milli Revmatoloji Konqresi keçirilir07 / 12 / 2024, 15:29Fuat Oktay: Sülh üçün Zəngəzur dəhlizinin açılması əhəmiyyətlidir07 / 12 / 2024, 14:51Sahibə Qafarova: İkili standartlar, daxili işlərə müdaxilələr müasir dövrdə ölkələrin qarşılaşdığı neqativ hallardır07 / 12 / 2024, 14:22Milli Məclisdə Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB07 / 12 / 2024, 14:12Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - İki nazirlik məlumat yaydı07 / 12 / 2024, 13:50Sumqayıtda beşmərtəbəli binada yanğın olub, 5 nəfər təxliyə edilib - VİDEO07 / 12 / 2024, 13:45Sabah hava necə olacaq? - Proqnoz07 / 12 / 2024, 13:03Müşfiqabad qəsəbəsində 2000-ə yaxın Eldar şamı və zeytun ağacı əkilib07 / 12 / 2024, 12:57Azərbaycan gömrükçüləri külli miqdarda pirotexniki vasitə aşkarlayıb07 / 12 / 2024, 12:14Fuat Oktay: “Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan dövlətlərinin ortaq bir gələcək qurmaq iradəsinin ən konkret göstəricisi olub”07 / 12 / 2024, 11:41Binədə qanunsuz tikililər sökülüb07 / 12 / 2024, 11:34Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlanıb07 / 12 / 2024, 11:23Spiker: AŞPA və Avropa Parlamenti Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışır07 / 12 / 2024, 11:08Düşən yağıntının miqdarı 3 milli metrədək olub - Faktiki hava07 / 12 / 2024, 10:58
Bütün xəbərlər