Mastercard və Rabitəbank Azərbaycanda istehlakçılara ətraf mühitə təsirlərini azaltmağa kömək edəcək karbon kalkulyatorunu təqdim edib | 1news.az | Xəbərlər
Mədəniyyət

Mastercard və Rabitəbank Azərbaycanda istehlakçılara ətraf mühitə təsirlərini azaltmağa kömək edəcək karbon kalkulyatorunu təqdim edib

12:37 - 07 / 11 / 2024
Mastercard və Rabitəbank Azərbaycanda istehlakçılara ətraf mühitə təsirlərini azaltmağa kömək edəcək karbon kalkulyatorunu təqdim edib

Mastercard Rabitəbankıa tərəfdaşlıq çərçivəsində Azərbaycanda ətraf mühitin dayanıqlılığı istiqamətində atılan addımları dəstəkləmək məqsədilə Karbon Kalkulyatorunu istifadəyə verib.

Bu innovativ alət istehlakçılara öz təqribi karbon izlərini daha yaxşı anlamağa kömək edir. Artıq Rabitəbank vasitəsilə təqdim olunan Mastercard Karbon Kalkulyatoru azərbaycanlı istehlakçılara daha məlumatlı və ətraf mühitə həssas xərcləmə qərarları verməyə həvəsləndirir.

İsveçrənin “Doconomy” innovasiya startapı ilə birgə hazırlanmış Mastercard Karbon Kalkulyatoru istifadəçilərə müxtəlif kateqoriyalar üzrə alış-verişləri əsasında təxmini fərdi karbon emissiyalarının aydın təsvirini təqdim edir. Bu həll daha məlumatlı alış-veriş qərarlarını dəstəkləməklə qlobal və milli dayanıqlılıq məqsədlərinə töhfə verir.

"Mastercard Rabitəbankla birgə daha dayanıqlı seçimlər etmək üçün ilhamlandıran, məlumatlandıran və bunu mümkün edən, həmçinin ətraf mühitə təsiri azaldan rəqəmsal həllər təqdim etmək öhdəliyinə sadiqdir. Rabitəbankın Karbon Kalkulyatorunu tətbiq etməsi müştərilərinə iqlim dəyişikliyini azaltmaq üçün qlobal səylərə qoşulmaq imkan verəcək," – deyə Mastercard-ın Türkiyə və Azərbaycan üzrə Baş Meneceri Avşar Gürdal bildirib.

"Rabitəbank olaraq biz müştərilərimizi planetimizə müsbət təsir edən məlumatlı qərarlar verməyə təşviq etməyin gücünə inanırıq. Azərbaycanda Mastercard Karbon Kalkulyatorunu istifadəyə verməklə cəmiyyətimizin ətraf mühitə təsirini idarə etməsinə və daha dayanıqlı bir gələcəyə töhfə verməsinə kömək edirik. Bu əməkdaşlıq Mastercard ilə birgə dayanıqlılığa və gələcək nəsillərin rifahının yüksəldilməsinə olan sadiqliyimizi nümayiş etdirir," - deyə Rabitəbank ASC-nin İdarə Heyətinin sədri Dr. Aydın Hüseynov qeyd edib.

Milli İlqim Hədəflərinə Dəstək

Mastercard Karbon Kalkulyatoru artıq 12 ölkədə, o cümlədən Bolqarıstan, Honq Konq, Macarıstan, İtaliya, Polşa, Portuqaliya, Rumıniya, Sinqapur, İspaniya, Tayvan, BƏƏ və Böyük Britaniyada yerləşən 33 müştəri ilə fəaliyyət göstərir.

Karbon Kalkulyatoru Mastercard-ın karbon emissiyalarını azaltmaq və qlobal iqlim tədbirlərini dəstəkləmək öhdəliyinin bir hissəsidir. Şirkət 2040-cı ilə qədər sıfır xalis tullantı hədəfinə çatmağı planlaşdırır və 2028-ci ilə qədər Mastercard şəbəkəsindəki bütün fiziki ödəniş kartlarının istehsalında ilkin olaraq PVC plastiklərindən mərhələli şəkildə imtinanı tələb edən “Dayanıqlı Kartlar Proqramı”nı hazırlayıb. Bu günə qədər 108 ölkədə 750-dən çox emitent 685 milyon kartın təkrar emal edilmiş və bioəsaslı materiallara keçidini təmin etmək üçün qeydiyyatdan keçib. Mastercard ətraf mühitin dayanıqlılığını biznesinin fəaliyyətinin mərkəzinə qoyaraq hər kəs üçün daha keffiyyətli həyat yaratmaq üçün ilhamlandıran, məlumatlandıran və bunu mümkün edən məlumat, bilgi və texnologiya üzrə etibarlı tərəfdaş olmağı hədəfləyir.

Reklam hüququnda

Paylaş:
474

Son xəbərlər

Aydın Tağıyevin UNEC-də “Könüllülük Vətəndən Başlayır” təlimi baş tutdu - FOTOBu gün, 10:55Sabah külək güclənəcək - sarı və narıncı xəbərdarlıq verilib07 / 12 / 2024, 18:22Tovuzdakı partlayışla bağlı FHN məlumat yayıb - Xəsarət alan var07 / 12 / 2024, 17:38Azərbaycanda “Xüsusi nəzarətdə olan dərman vasitələrinin Siyahısı” dəyişib07 / 12 / 2024, 17:35AFFA İntizam Komitəsi II Liqa təmsilçisinə texniki məğlubiyyət verib07 / 12 / 2024, 16:57Tovuzda partlayış olub, xəsarət alanlar var - FOTO07 / 12 / 2024, 16:28Azercell jurnalistlər üçün “Media Texnologiyaları: yeniliklər və trendlər” adlı təlim təşkil etdi - FOTO07 / 12 / 2024, 16:07Bakıda Azərbaycan Milli Revmatoloji Konqresi keçirilir07 / 12 / 2024, 15:29Fuat Oktay: Sülh üçün Zəngəzur dəhlizinin açılması əhəmiyyətlidir07 / 12 / 2024, 14:51Sahibə Qafarova: İkili standartlar, daxili işlərə müdaxilələr müasir dövrdə ölkələrin qarşılaşdığı neqativ hallardır07 / 12 / 2024, 14:22Milli Məclisdə Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB07 / 12 / 2024, 14:12Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - İki nazirlik məlumat yaydı07 / 12 / 2024, 13:50Sumqayıtda beşmərtəbəli binada yanğın olub, 5 nəfər təxliyə edilib - VİDEO07 / 12 / 2024, 13:45Sabah hava necə olacaq? - Proqnoz07 / 12 / 2024, 13:03Müşfiqabad qəsəbəsində 2000-ə yaxın Eldar şamı və zeytun ağacı əkilib07 / 12 / 2024, 12:57Azərbaycan gömrükçüləri külli miqdarda pirotexniki vasitə aşkarlayıb07 / 12 / 2024, 12:14Fuat Oktay: “Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan dövlətlərinin ortaq bir gələcək qurmaq iradəsinin ən konkret göstəricisi olub”07 / 12 / 2024, 11:41Binədə qanunsuz tikililər sökülüb07 / 12 / 2024, 11:34Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlanıb07 / 12 / 2024, 11:23Spiker: AŞPA və Avropa Parlamenti Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışır07 / 12 / 2024, 11:08
Bütün xəbərlər