Azər Quliyev: COP29-la bağlı inşaat işləri 99 faiz tamamlanıb
“COP29-la bağlı inşaat işləri 99 faiz tamamlanıb”.
1news.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında COP29 Azərbaycan Əməliyyat Şirkətinin Məkanların İnşası Departamentinin direktoru Azər Quliyev deyib.
O bildirib ki, artıq son yoxlama işləri aparılır, bütün işlər bu axşam yekunlaşacaq və məkan BMT-yə təhvil veriləcək:
“İstifadə olunan ərazilərin ən yaxşı səviyyəyə gətirilməsi istiqamətində işlər davam etdirilir. İstifadə edilən bütün materiallar standartlara əsasən quraşdırılıb və ətrafda gördüklərinizin əksəriyyəti yenidən istifadə oluna bilinən materiallardır. Burada istifadə edilən bütün materiallar sökülür və daha sonra başqa yerlərdə də istifadə edilə bilər”.
154