Anar Ələkbərov və Arzu Əliyevanın iştirakı ilə COP29-un keçiriləcəyi məkanda MEDİATUR - FOTO | 1news.az | Xəbərlər
Reportaj

Anar Ələkbərov və Arzu Əliyevanın iştirakı ilə COP29-un keçiriləcəyi məkanda MEDİATUR - FOTO

Qafar Ağayev20:15 - 08 / 11 / 2024
Anar Ələkbərov və Arzu Əliyevanın iştirakı ilə COP29-un keçiriləcəyi məkanda MEDİATUR - FOTO

Bu gün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasın (COP29) hazırlıq işlərinin yekunları ilə bağlı Bakı Olimpiya Stadionunda mediatur keçirilib.

1news.az xəbər verir ki, mediaturda Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, media qurumlarının rəhbərləri və jurnalistlər iştirak edib.

Media qurumlarının rəhbərləri və jurnalistlər əvvəl stadion ərazisində Mavi zonada yaradılmış şəraitlə tanış olublar.

Qeyd olunub ki, COP29-un keçirildiyi məkan 155 pavilyondan ibarətdir. Bu pavilyonlarda çoxsaylı sərgilərin keçirilməsi nəzərdə tutulub. 29 iclas otağı olan məkanda danışıqlar üçün, media nümayəndələri üçün otaqlar təşkil edilib. Bildirilib ki, Nizami zalı əsas rəsmi tədbirlərin keçiriləcəyi məkandır, 1600 yerlikdir. Burada Liderlər Sammiti baş tutacaq. Eyni zamanda məkanda televiziyalar üçün də studiyalar yaradılıb.

Tədbir məkanında həmçinin Azərbaycan təbiətinin görüntülərinin video görüntüləri yayımlanacaq.

Bundan başqa, COP29 dövründə istifadə ediləcək nəqliyyat vasitələrinə də baxış olub. Bildirilib ki, burada 210 avtomobil Liderlər Sammitində olacaq, ümumilikdə 500 avtomobil istifadə ediləcək. Onlardan 140-ı elektrik avtobusları olacaq.

Mavi zonada məkanla tanışlıqdan sonra COP29 Könüllüləri ilə görüş olub, onların fəaliyyəti yüksək qiymətləndirilib.

Daha sonra mediatur iştirak iştirakçıları Yaşıl zonaya baş çəkiblər.

Burada da media nümayəndələrinə görülən işlər barədə məlumat verilib.

Görülən işlərlə bağlı məlumat verən COP29 Azərbaycan Əməliyyat Şirkətinin Məkanların İnşası Departamentinin direktoru Azər Quliyev deyib ki, COP29-la bağlı inşaat işləri 99 faiz tamamlanıb.

O bildirib ki, artıq son yoxlama işləri aparılır, bütün işlər bu axşam yekunlaşacaq və məkan BMT-yə təhvil veriləcək:
“İstifadə olunan ərazilərin ən yaxşı səviyyəyə gətirilməsi istiqamətində işlər davam etdirilir. İstifadə edilən bütün materiallar standartlara əsasən quraşdırılıb və ətrafda gördüklərinizin əksəriyyəti yenidən istifadə oluna bilinən materiallardır. Burada istifadə edilən bütün materiallar sökülür və daha sonra başqa yerlərdə də istifadə edilə bilər”.

COP29-un Tərəfdaşlarla əlaqələr sektorunun müdiri Leyla Mahmudova deyib ki, Yaşıl zonanın ümumi ərazisi 37 min 500 kvadratdır.


“Burada 56 ədəd pavilyon, həm xarici, həm yerli şirkətlərə, eləcə də dövlət sektorlarına məxsus olan vahid stendlər olacaq”.

Leyla Mahmudova bildirib ki, ərazidə dörd ədəd konfrans otağı var. Onlardan biri 200, digəri isə 370 nəfərlikdir. Burada on səkkiz ədəd ikitərəfli görüşlər üçün otaqlar, üç min nəfərlik yemək zonası və “Ekstrem Hənqaut” ərazisi olacaq. Yaşıl Zona öz fəaliyyətinə noyabrın 11-də başlayaca. Yaşıl zona ictimaiyyətə açıq olan bir ərazidir. Bu zamanlarda artıq “İticket” platformasında Yaşıl Zonaya daxil olmaq üçün biletlərin satışı başlayacaq. Biletlər tamamilə pulsuzdur.

O, bildirib ki, burada həm QHT, həm xarici, həm yerli şirkətlər və dövlət qurumlarının gündəlik tədbirləri təşkil ediləcək.

“Bu tədbirlər hamısı iqlim dəyişikliyi və dayanıqlıqla bağlı mövzulara aid olacaq”, - deyə o əlavə edib.

Foto: Nadir İbrahimli

Paylaş:
542

Son xəbərlər

Sabah külək güclənəcək - sarı və narıncı xəbərdarlıq verilib07 / 12 / 2024, 18:22Tovuzdakı partlayışla bağlı FHN məlumat yayıb - Xəsarət alan var07 / 12 / 2024, 17:38Azərbaycanda “Xüsusi nəzarətdə olan dərman vasitələrinin Siyahısı” dəyişib07 / 12 / 2024, 17:35AFFA İntizam Komitəsi II Liqa təmsilçisinə texniki məğlubiyyət verib07 / 12 / 2024, 16:57Tovuzda partlayış olub, xəsarət alanlar var - FOTO07 / 12 / 2024, 16:28Azercell jurnalistlər üçün “Media Texnologiyaları: yeniliklər və trendlər” adlı təlim təşkil etdi - FOTO07 / 12 / 2024, 16:07Bakıda Azərbaycan Milli Revmatoloji Konqresi keçirilir07 / 12 / 2024, 15:29Fuat Oktay: Sülh üçün Zəngəzur dəhlizinin açılması əhəmiyyətlidir07 / 12 / 2024, 14:51Sahibə Qafarova: İkili standartlar, daxili işlərə müdaxilələr müasir dövrdə ölkələrin qarşılaşdığı neqativ hallardır07 / 12 / 2024, 14:22Milli Məclisdə Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB07 / 12 / 2024, 14:12Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - İki nazirlik məlumat yaydı07 / 12 / 2024, 13:50Sumqayıtda beşmərtəbəli binada yanğın olub, 5 nəfər təxliyə edilib - VİDEO07 / 12 / 2024, 13:45Sabah hava necə olacaq? - Proqnoz07 / 12 / 2024, 13:03Müşfiqabad qəsəbəsində 2000-ə yaxın Eldar şamı və zeytun ağacı əkilib07 / 12 / 2024, 12:57Azərbaycan gömrükçüləri külli miqdarda pirotexniki vasitə aşkarlayıb07 / 12 / 2024, 12:14Fuat Oktay: “Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan dövlətlərinin ortaq bir gələcək qurmaq iradəsinin ən konkret göstəricisi olub”07 / 12 / 2024, 11:41Binədə qanunsuz tikililər sökülüb07 / 12 / 2024, 11:34Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlanıb07 / 12 / 2024, 11:23Spiker: AŞPA və Avropa Parlamenti Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışır07 / 12 / 2024, 11:08Düşən yağıntının miqdarı 3 milli metrədək olub - Faktiki hava07 / 12 / 2024, 10:58
Bütün xəbərlər