Bakıda Zəfər yürüşü keçirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda Zəfər yürüşü keçirilir

09:58 - 08 / 11 / 2024
Bakıda Zəfər yürüşü keçirilir

8 Noyabr - Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə Bakıda hərbçilərin Zəfər yürüşü keçirilir.

1news.az "Report"a istinadən xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Sonra hərbi orkestrlər Azərbaycanın dövlət himnini səsləndirib.

Daha sonra hərbçilərin yürüşü başlayıb.

Yürüşün istiqamətləri aşağıdakı kimidir:

Aynur - 1-ci yürüş - saat 10.00-12.00, Heydər Əliyev sarayı-Nizami kino Mərkəzi – Neftçilər Prospekti – Azadlıq meydanı – Amay,

Gülçin - 2-ci yürüş – saat 10.00-12.00, Şəhidlər Xiyabanı – Alov Qüllələri – İçərişəhər metrosu – Qala Qapısı – Kukla teatrı – Azneft dairəsi – Bəhram Gur heykəli,

Elvin - 3-cü yürüş – saat 10.00-12.00, Musabəyov parkı - Əbdürrəhim bəy Haqverdiyev küçəsi, Hüseyn Cavid prospekti – Parlament prospekti – Şəhidlər xiyabanı,

Gülər - 4-cü yürüş - saat 10.00-12.00, Olimpik Star – Səməd Vurğun küçəsi – Zabitlər parkı – Sirk – Heydər Əliyev Sarayı – Nəsimi heykəli – Neftçilər prospekti,

Məhəmməd - 5-ci yürüş - saat 10.00-12.00, Nərimanov heykəli – Mərkəzi Park – Milli Dram Teatrı – Qış Parkı – Heydər Əliyev Sarayı – Mərkəzi Bankı – 28 MALL.

Xatırladaq ki, Zəfər Günü Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilib.

Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusu torpaqların işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu. 44 gün davam edən döyüşlər zamanı Rəşadətli Azərbaycan Ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad edib.

Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda təqribən 30 min insan məskunlaşıb. Belə ki, hazırda bu bölgədə aparılan bərpa-quruculuq işləri ilə bağlı müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsinə minlərlə işçi qüvvəsi cəlb olunub. Bundan başqa, işğaldan azad olunmuş rayonlarda fəaliyyət göstərən məktəblərdə və Xankəndi şəhərindəki Qarabağ Universitetində minlərlə insan çalışır və ya təhsil alır.

Paylaş:
88

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRHBu gün, 20:24Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46
Bütün xəbərlər