Sahibə Qafarova Millətlər Birliyinin Baş katibi ilə görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sahibə Qafarova Millətlər Birliyinin Baş katibi ilə görüşüb

Qafar Ağayev17:36 - 14 / 11 / 2024
Sahibə Qafarova Millətlər Birliyinin Baş katibi ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Millətlər Birliyinin Baş katibi Patrisiya Skotlend ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan və Birlik arasında əməkdaşlıq məsələləri, paytaxtımızda keçirilən COP29 və ölkəmizin COP29-a sədrliyi çərçivəsində irəli sürdüyü qlobal təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.

Spiker Sahibə Qafarova Patrisiya Skotlendlə bundan öncəki görüşlərini məmnunluqla xatırlayaraq, Baş katibin bu vəzifədə ölkəmizə cari ilin may ayında reallaşan ilk səfərinin Azərbaycan və Birlik ölkələri arasında institusional əməkdaşlıq qurmağa imkan verdiyini söyləyib. Qeyd olunub ki, bu əməkdaşlığın praktiki xüsusiyyətlərinə Birlik vasitəsilə inkişaf etməkdə olan kiçik ada dövlətlərinə siyasi və maliyyə dəstəyinin göstərilməsi daxildir.

Söhbət zamanı Azərbaycanın kiçik ada dövlətlərinə göstərdiyi humanitar, texniki yardımlar, həmçinin ölkəmizin Qoşulmama Hərəkatına 4 illik sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər haqqında da məlumat verilib.

Görüşdə vurğulanıb ki, əməkdaşlığın ən mühüm istiqamətlərindən biri iqlim dəyişikliyi məsələsidir. Bildirilib ki, kiçik ada dövlətləri iqlim dəyişikliyinə ən həssas olan ölkələrdir və onlar iqlim dəyişikliklərinin ən pis təsirləri və hətta ekzistensial təhlükə ilə üzləşirlər. Xatırlanıb ki, COP29 çərçivəsində İqlim Dəyişikliyi üzrə İnkişaf etməkdə olan Kiçik Adalar Dövlətlərinin Liderlər Zirvəsi keçirilib. Prezident İlham Əliyev sammitdə iştirak edib və əhatəli nitq söyləyərək, iqlim dəyişikliyinin kiçik adalardakı inkişaf etməkdə olan dövlətlərə təsir edən hazırkı çağırışlarını, həmçinin Azərbaycanın bu dövlətlərə verdiyi dəstək istiqamətində praktiki addımlarını qeyd edib. Bu sammit bu dövlətlərin səslərinin daha da ucaldılmasına və eşidilməsinə şərait yaradır.

Söhbət zamanı Sahibə Qafarova qonağa noyabrın 16-17-də Milli Məclisin Parlamentlərarası İttifaq ilə birlikdə COP29 çərçivəsində təşkil edəcəyi Parlament Görüşü haqqında da məlumat verib. Qeyd olunub ki, iclasda müxtəlif ölkələrin parlamentlərindən və beynəlxalq təşkilatlardan 330-dək nümayəndə iştirak edəcək.

Millətlər Birliyinin Baş katibi Patrisiya Skotlend COP29 sədrliyini təhvil alması münasibətilə ölkəmizə təbriklərini çatdırıb, sədrlik dövründə fəaliyyətlərində uğurlar arzu edib. O, Azərbaycanın kiçik ada dövlətlərinə göstərdiyi dəstəyi yüksək qiymətləndirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Paylaş:
105

Son xəbərlər

Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46Tuvalulu naziri Buradakı müzakirələrin kiçik ada dövlətlərinə də ciddi təsiri varBu gün, 12:50
Bütün xəbərlər