Norveç təyyarəsi Heydər Əliyev Aeroportuna təcili eniş sorğusu göndərib | 1news.az | Xəbərlər
Cəmiyyət

Norveç təyyarəsi Heydər Əliyev Aeroportuna təcili eniş sorğusu göndərib

09:01 - 15 / 11 / 2024
Norveç təyyarəsi Heydər Əliyev Aeroportuna təcili eniş sorğusu göndərib

Norveçin “Norse Atlantic Airways” aviaşirkətinin Brno–Phuket reysini yerinə yetirən hava gəmisinin kapitanı yanacaq doldurmaq zərurəti ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Bu barədə 1news.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.

“Boeing 787” təyyarəsi yerli vaxtla saat 07:55-də uğurla Bakı aeroportuna eniş edib. Marşrutun dəyişdirilməsi nəticəsində uçuş müddətinin uzanması səbəbindən komandir yanacaq doldurma qərarına gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportu yanacaq doldurulması və reysin davam etdirilməsi üçün bütün zəruri şəraiti operativ şəkildə təmin edib.

Paylaş:
161

Son xəbərlər

Bütün xəbərlər