Bakıda gənc oğlan bıçaqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda gənc oğlan bıçaqlanıb

09:15 - 15 / 11 / 2024
Bakıda gənc oğlan bıçaqlanıb

Bakının Sabunçu rayonunda bıçalanma hadisəsi baş verib.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu bazarının yaxınlığında qeydə alınıb.

2002-ci il təvəllüdlü İsmayılov Şirin Qafar oğlu tanımadığı şəxsin bıçaqlı hücumuna məruz aalıb.

O, qarının ön divarının kəsilmiş-deşilmiş xəsarətləri diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, Ş.İsmayılov cərrahi əməliyyat edilib. Vəziyyəti orta ağırdır.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Paylaş:
144

Son xəbərlər

Bütün xəbərlər