COP29 çərçivəsində “Yaşıl artım portalı” təqdim edilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

COP29 çərçivəsində “Yaşıl artım portalı” təqdim edilib - FOTO

Qafar Ağayev12:40 - Bu gün
COP29 çərçivəsində “Yaşıl artım portalı” təqdim edilib - FOTO

Bakıda COP29 çərçivəsində İqtisadiyyat Nazirliyinin və Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzi arasında əməkdaşlıq əsasında hazırlanmış qlobal “Yaşıl artım portalı”nın təqdimatı keçirilib.

1news.az xəbər verir ki, tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov portalın dayanıqlı inkişafa nail olmaq üçün qlobal əməkdaşlıqda əhəmiyyətini vurğulayıb. Bu təşəbbüs vasitəsilə iqtisadiyyatda yaşıl keçid strategiyalarının fundamental tədqiqatlara əsaslanacağı diqqətə çatdırılıb. Qeyd olunub ki, “Yaşıl artım portalı” qlobal enerji keçidi iştirakçılarına hər bir ölkənin yaşıl inkişaf imkanlarını müəyyən etməyə və ondan faydalanmağa kömək edəcək.

SOCAR-ın vitse-prezidenti Kənan Nəcəfov şirkətin “xalis sıfır” hədəfi götürdüyünü vurğulayıb. Bu məqsədlə karbonsuzlaşma, enerji keçidi və aşağı karbon həllərinin tətbiqi üzrə görülən işlər barədə məlumat verilib. Yeni portalın SOCAR-ın enerji transformasiyasına da töhfə verəcəyi qeyd olunub.

Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzinin təsisçisi və direktoru Rikardo Hausmanın tədbir iştirakçılarına videomüraciəti dinlənilib. Qlobal iqlim dəyişikliyi ilə mübarizədə karbon emissiyalarının azaldılmasının, bərpaolunan enerjinin təşviqinin mühüm rolu vurğulanıb. “Yaşıl artım portalı”nın yaşıl texnologiya üzrə təchizat zəncirləri və texnoloji həllərin sistemləşdirilməsi vasitəsilə yaşıl keçidin iqtisadi faydalarını maksimum dərəcədə artırmağı hədəflədiyi qeyd olunub.

“Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzinin baş tədqiqat meneceri Timoti Çeston “Yaşıl artım portalı” barədə iştirakçılara məlumat verib. Onlayn portalın Harvard Universitetinin 250 ölkə və iqtisadi regionu, həmçinin 1,7 milyon istifadəçini əhatə edən “İqtisadi Mürəkkəblik Atlası”na (Atlas of Economic Complexity) inteqrasiyası nəzərdə tutulub. Burada beynəlxalq təşkilatlar və müxtəlif ölkələrdən əldə edilən məlumatlara əsasən hazırlanmış təhlillər və müqayisəli məlumat bazaları öz əksini tapacaq.

Layihənin 2025-ci ildə tam olaraq fəaliyyətə başlaması planlaşdırılır. Portaldan istifadə ödənişsiz olacaq.

Dövlət, özəl sektor, beynəlxalq təşkilatlar, biznes assosiasiyaları, akademik dairələr və maliyyə institutlarının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.

Foto: Nadir İbrahimli

Paylaş:
37

Son xəbərlər

Hərbi hissədə komanda-qərargah təlimi keçirilibBu gün, 15:27Lənkəranda zəncirvari qəzada 6 maşın əzilibBu gün, 15:14Sahibə Qafarova Böyük Britaniyanın keçmiş baş naziri ilə görüşübBu gün, 14:53Vladimir Putin Prezident İlham Əliyevə zəng edibBu gün, 14:34Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondu arasında memorandum imzalandıBu gün, 14:16SABAH proqramının əhatə dairəsi mərhələlərlə 2028-ci ilədək genişləndiriləcək - SƏRƏNCAMBu gün, 14:01Azərbaycan XİN Fələstini Milli Günü münasibətilə təbrik edibBu gün, 13:38ADY-də təyinat - Arif Ağayev müavin olduBu gün, 13:20AYNA: Taksi şirkətlərinin əlavə vəsait tutması, tək gediş üçün bir neçə ödəniş alması qanunsuzdurBu gün, 13:18Şənbə gününün hava proqnozuBu gün, 13:08Baş prokuror: Planeti birgə əməkdaşlıq etməklə ekoloji cinayətlərdən qorumaq olarBu gün, 12:50BƏƏ rəsmisi: Ekoloji cinayətlər ilbəil artır, səmərəli mübarizə vacibdirBu gün, 12:45COP29 çərçivəsində “Yaşıl artım portalı” təqdim edilib - FOTOBu gün, 12:40Hövsan qəsəbəsində su kəsiləcəkBu gün, 12:27Ceyhun Bayramov: Münaqişələrin dağıdıcı təsirləri iqlim böhranının daha da dərinləşməsinə səbəb olurBu gün, 12:18Vitse-prezident: SOCAR 2050-ci ilə qədər sıfır xalis emissiya hədəfinə yönəlirBu gün, 11:59Mikayıl Cabbarov: “Yaşıl inkişaf portalı”nın istifadəyə verilməsi önəmli təşəbbüslərdən biridirBu gün, 11:47İlham Əliyev Mahmud Abbası Fələstinin milli bayramı münasibətilə təbrik edibBu gün, 11:17Əmtəə bazarlarında qızıl cüzi ucuzlaşıb, gümüş isə bahalaşıbBu gün, 11:01Kamaləddin Qafarov: “Azərbaycan kiçik ada dövlətlərinə dəstəyini davam etdirir”Bu gün, 10:43
Bütün xəbərlər