Bakıda tikintidə faciəli hadisə baş verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda tikintidə faciəli hadisə baş verib

14:42 - 19 / 11 / 2024
Bakıda tikintidə faciəli hadisə baş verib

Bakıda tikintidə faciəli hadisə baş verib.

1news.az-ın Lent.az-a istinadən məlumatına görə, hadisə Bakının Lökbatan qəsəbəsində qeydə alınıb.

Orada inşa edilən binaların birində fəhlə işləyən Şirvan şəhər sakini, 1973-cü il təvəllüdlü Əlisahib Siruz oğlu Hüseynov yıxılaraq xəsarət alıb.

Aldığı xəsarətdən sonra Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilən Ə.Hüseynov orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
256

Son xəbərlər

Bütün xəbərlər