IDEA ilə ICESCO arasında niyyət protokolu imzalanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

IDEA ilə ICESCO arasında niyyət protokolu imzalanıb

Qafar Ağayev17:33 - 19 / 11 / 2024
IDEA ilə ICESCO arasında niyyət protokolu imzalanıb

Noyabrın 19-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) ilə IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi arasında niyyət protokolunun imzalanma mərasimi keçirilib.

1news.az xəbər verir ki, protokol IDEA İB-nin təsisçisi və rəhbəri Leyla Əliyeva və ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Maliki tərəfindən imzalanıb.

Niyyət protokolunun məqsədi iqlim dəyişmələri ilə mübarizə sahəsində ICESCO ilə IDEA arasında iki tərəfli əməkdaşlığın genişləndirilməsi, ətraf mühitin qorunmasına yönələn tədbirlərdə birgə iştirak və hər iki təşkilatın fəaliyyət istiqamətləri ilə uyğunluq təşkil edən digər müvafiq fəaliyyətlərin müştərək icrasından ibarətdir.

Hər iki təşkilat ICESCO-ya üzv dövlətlərdə ətraf mühitin mühafizəsi, torpağın deqradasiyasının qarşısının alınması, qida və su təhlükəsizliyinin təmin olunması, məlumatlandırma işlərinin aparılması, birgə tədqiqat işləri və pilot layihələrin həyata keçirilməsi, gənclərin və könüllülərin iştirakçılığının artırılması, mübadilə proqramlarının icrası, eləcə də bilik və ən yaxşı təcrübələrin paylaşılması istiqamətində əməkdaşlığın genişləndirilməsinə dair razılığa gəldilər.

Görüş iştirakçıları IDEA ilə ICESCO arasında əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə inandıqlarını bildirərək birgə fəaliyyətlərin genişləndirilməsinin İslam dünyası ölkələrində iqlim dayanıqlığının təmin olunması naminə həmrəyliyin möhkəmləndirilməsi və daha səmərəli birgə layihələrin icra olunmasına mühüm töhfə verəcəyini qeyd etdilər.

Paylaş:
68

Son xəbərlər

Kamaləddin Qafarov: “Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi”Bu gün, 11:02Braziliyalı nazir: Bakıda ətraf mühitin qorunması ilə bağlı önəmli toplantı keçirilirBu gün, 10:53Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıbBu gün, 10:49Azərbaycan Haaqa Məhkəməsinə Ermənistanla bağlı müraciət edibBu gün, 10:29Anar Quliyev: “COP29 çərçivəsində Şəhərsalma Günü Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır”Bu gün, 10:27Fuad Nağıyev: Turizmin COP29 gündəliyinə daxil edilməsi sektor üçün dönüş nöqtəsidirBu gün, 10:14Azərbaycan neftinin qiyməti 75 dollardan aşağı düşübBu gün, 10:02Muxtar Babayev: İqlim dəyişikliyi ilə mübarizədə turizmin önəmli rolu varBu gün, 09:51Dağlıq ərazilərdə qar yağıb - FAKTİKİ HAVABu gün, 09:45AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:30Qarakənd faciəsindən 33 il ötürBu gün, 09:13Ağdamın işğaldan azad olunmasından 4 il ötürBu gün, 09:05Şamaxı rayonunda zəlzələ qeydə alınıbBu gün, 08:52“YAP Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirən siyasi partiyadır” - Sevinc Fətəliyeva19 / 11 / 2024, 17:53Nigar Məmmədova: “COP29 həm də iqlim təhsili ilə bağlı ölkələrin öhdəliklərini təmin etmək üçün effektiv platformadır” - FOTO19 / 11 / 2024, 17:39IDEA ilə ICESCO arasında niyyət protokolu imzalanıb19 / 11 / 2024, 17:33COP29-da ölkəmizdə səfərdə olan xarici media nümayəndələri üçün Şamaxıya mediatur təşkil olunub19 / 11 / 2024, 17:22Leyla Əliyeva COP29 çərçivəsində dəniz canlılarına dair panel müzakirələrində iştirak edib19 / 11 / 2024, 17:08COP29-da “Slow Food” mövzusunda panel müzakirəsi keçirilib19 / 11 / 2024, 16:59ADY ilə Beynəlxalq Dəmir Yolları İttifaqı arasında əməkdaşlığın əsas istiqamətləri müzakirə olunub19 / 11 / 2024, 16:56
Bütün xəbərlər