Vətəndaşlar nikahlarını artıq rəqəmsal formada qeydiyyata ala bilərlər - YENİLİK | 1news.az | Xəbərlər
Cəmiyyət

Vətəndaşlar nikahlarını artıq rəqəmsal formada qeydiyyata ala bilərlər - YENİLİK

Qafar Ağayev10:32 - 19 / 11 / 2024
Vətəndaşlar nikahlarını artıq rəqəmsal formada qeydiyyata ala bilərlər - YENİLİK

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təqdim etdiyi “mygov” rəqəmsal hökumət platforması vətəndaşlara daha bir xidmət təqdim edir.

Qurumdan 1news.az-a verilən məlumata görə, artıq vətəndaşlar “mygov” tətbiqi vasitəsilə nikahlarını rəqəmsal formada qeydiyyata ala bilərlər.

Qeyd edək ki, bu xidmətin “mygov” platformasına inteqrasiyası İRİA və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin birgə əməkdaşlığı ilə baş tutub.

Bu prosesə başlamaq üçün nikaha daxil olacaq vətəndaşların əvvəlcə tibbi müayinədən keçmələri zəruridir. Müayinədən 14 gün sonra qan analizi nəticələri avtomatik olaraq “mygov” platformasına yüklənir və istifadəçilər nikah qeydiyyatına müraciət etməyə başlamaq barədə bildiriş alırlar. Bildiriş aldıqdan sonra, nikaha daxil olmaq istəyən vətəndaşlar “mygov” tətbiqində aşağıdakı sadə addımları izləyərək nikahlarını qeydiyyata ala bilərlər:

  1. “mygov” tətbiqinə daxil olun və "Həyat hadisələri" bölməsində yer alan "Ailə qurmaq" seçiminə tıklayaraq və ya "Xidmətlər" bölməsindən "Nikahın qeydiyyata alınması" xidmətini seçərək prosesə başlayın.
  2. Sistem hər iki tərəfin tibbi arayışlarını yoxladıqdan sonra FİN və təsdiq kodları ilə qeydiyyat ekranı açılacaq.
  3. Tərəflərdən biri digərinə FİN və təsdiq kodunu göndərərək nikah qeydiyyatı üçün müraciətini davam etdirir.
  4. Nikah sonrası götürüləcək soyadı və şəhadətnamə təhvilalma mərkəzini seçin, məlumatlarınızı təsdiqləyin.
  5. 30 gün sonra xidmətin statusunun dəyişməsi ilə bağlı vətəndaşa bildiriş gəlir. Status “Tamamlanıb” olaraq göründüyü zaman, 10 AZN məbləğində dövlət rüsumunu ödəyin.
  6. Şəhadətnaməniz hazır olduqda, seçdiyiniz təhvilalma mərkəzindən onu əldə edə bilərsiniz.

Nikah haqqında şəhadətnaməni fiziki olaraq aldıqdan sonra, vətəndaşlar rəqəmsal formada da “mygov” tətbiqində "Ailə məlumatlarım" hissəsində bu sənədi əldə edə biləcəklər.
Bu yenilik sayəsində vətəndaşlar artıq nikah qeydiyyatını evdən çıxmadan, rahatlıqla və vaxt itirmədən həyata keçirə bilərlər.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 16 iyul tarixli Fərmanına əsasən vətəndaşların tələb olunan nikah haqqında şəhadətnamə məlumatlarını “mygov” platforması üzərindən təqdim etməsi onun fiziki daşıyıcısını təqdim etməsi ilə bərabər tutulur.

Paylaş:
149

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər