Nigar Arpadarai: COP29 çərçivəsində turizmlə bağlı müzakirə böyük əhəmiyyətə malikdir
“Turizm iqtisadi inkişafın alətlərindəm biridir” .
1news.az xəbər verir ki, bu barədə COP29-da Turizm Günü çərçivəsində turizm nazirlərinin görüşünün yekunu olaraq DTA və BMT Turizm Təşkilatının rəsmilərinin iştirakı ilə mətbuat konfransında BMT-nin İqlim Dəyişiklikləri üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai deyib.
O, bildirib ki, Qlobal iqtisadiyyata bu sahənin təsiri var, eyni zamanda turizm milyonlarla insanın həyatına təsir edir.
“Azərbaycan bu məsələyə xüsusi diqqətlə yanaşır. İlk dəfə olaraq Azərbaycan turizmlə bağlı müzakirələri iqlim nüzakirələrinə daxil edib. COP29 çərçivəsində turizmlə bağlı müzakirə böyük əhəmiyyətə malikdir. Tərəfləri bu COP29 çərçivəsində turizm danışıqlarında aktiv olmağa çağırıram” - deyə N. Arpadarai əlavə edib.
FOTO: Nadir İbrahimli