Muxtar Babayev: İqlim dəyişikliyi ilə mübarizədə turizmin önəmli rolu var | 1news.az | Xəbərlər
Cəmiyyət

Muxtar Babayev: İqlim dəyişikliyi ilə mübarizədə turizmin önəmli rolu var

Qafar Ağayev09:51 - Bu gün
Muxtar Babayev: İqlim dəyişikliyi ilə mübarizədə turizmin önəmli rolu var

"Azərbaycan COP29-da hökumətlərdən və beynəlxalq təşkilatlardan tutmuş yerli icmalara, bizneslərə, gənclərə və vətəndaş cəmiyyətinə qədər bütün maraqlı tərəflərin səslərini əks etdirməyə çalışmışdır”.

1news.az xəbər verir ki, bunu COP29 çərçivəsində Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşündə COP29-un Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

Muxtar Babayev bildirib ki, COP29 sədrliyi iqlim böhranının həlli üçün müxtəlif sektorlarda güclü səylər göstərilməsini zəruri hesab edərək, iqlim fəaliyyətinə vahid və çoxtərəfli yanaşmanı tətbiq edib: “Bu yanaşma bizim Fəaliyyət Gündəliyimizin əsasını təşkil edir və iqlim fəaliyyətini milli, regional və qlobal səviyyələrdə hərtərəfli əhatə etmək üçün işlər görülüb”.

O, vurğulayıb ki, turizm sektoru çox vaxt lazımi dəyəri görməsə də, iqlim dəyişikliyinə qarşı mübarizədə böyük potensiala malikdir: “Bu günü turizmə həsr etməklə, biz bu mühüm sektorda iqlim problemlərinin həllinə doğru bir addım atırıq. Turizm dünya miqyasında geniş yayılmış sahələrdən biridir. Kiçik ada dövlətləri və inkişaf etməkdə olan ölkələr üçün turizm həyati gəlir və məşğulluq mənbəyidir. Digər tərəfdən, turizm sektoru nəqliyyat, yerləşdirmə və resurs tələb edən fəaliyyətlər nəticəsində qlobal istixana qazı emissiyalarının əhəmiyyətli bir hissəsinə səbəb olur və iqlim dəyişikliyinin təsirinə həssasdır”.

Foto: Nadir İbrahimli

Paylaş:
39

Son xəbərlər

Biləsuvar sakini dəm qazından boğularaq ölübBu gün, 13:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşıbBu gün, 13:15Komitə sədrindən MAP təşəbbüsü ilə bağlı çağırışBu gün, 12:21Sabahın hava proqnozuBu gün, 12:07Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilibBu gün, 11:43BƏƏ-dən olan nazir: “COP 29-un qarşıya qoyulan hədəfləri dəstəkləmək üçün geniş əməkdaşlıq imkanı var”Bu gün, 11:26Kamaləddin Qafarov: “Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi”Bu gün, 11:02Braziliyalı nazir: Bakıda ətraf mühitin qorunması ilə bağlı önəmli toplantı keçirilirBu gün, 10:53Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıbBu gün, 10:49Azərbaycan Haaqa Məhkəməsinə Ermənistanla bağlı müraciət edibBu gün, 10:29Anar Quliyev: “COP29 çərçivəsində Şəhərsalma Günü Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır”Bu gün, 10:27Fuad Nağıyev: Turizmin COP29 gündəliyinə daxil edilməsi sektor üçün dönüş nöqtəsidirBu gün, 10:14Azərbaycan neftinin qiyməti 75 dollardan aşağı düşübBu gün, 10:02Muxtar Babayev: İqlim dəyişikliyi ilə mübarizədə turizmin önəmli rolu varBu gün, 09:51Dağlıq ərazilərdə qar yağıb - FAKTİKİ HAVABu gün, 09:45AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:30Qarakənd faciəsindən 33 il ötürBu gün, 09:13Ağdamın işğaldan azad olunmasından 4 il ötürBu gün, 09:05Şamaxı rayonunda zəlzələ qeydə alınıbBu gün, 08:52“YAP Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirən siyasi partiyadır” - Sevinc Fətəliyeva19 / 11 / 2024, 17:53
Bütün xəbərlər