Komitə sədrindən MAP təşəbbüsü ilə bağlı çağırış | 1news.az | Xəbərlər
Cəmiyyət

Komitə sədrindən MAP təşəbbüsü ilə bağlı çağırış

Qafar Ağayev12:21 - Bu gün
Komitə sədrindən MAP təşəbbüsü ilə bağlı çağırış

“2026-cı ildə Azərbaycanda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi edəcəyimizə görə qürur duyuruq və bu kontekstdə şəhərsalmada İqlim Fəaliyyəti üzrə Xüsusi Nümayəndə İnstitutunun yaradılmasına dair ilk praktiki addımları atmağa hazır olduğumuzu bəyan edirik”.

1news.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bu gün COP29 çərçivəsində keçirilən Şəhərsalma və İqlim Dəyişikliyi üzrə Üçüncü Nazirlər Toplantısının açılışında çıxışı zamanı deyib.

Tədbirdə Bakı Davamlılıq Koalisiyasının təsis edildiyini elan edən Anar Quliyev bu təşəbbüsün Azərbaycanla Misir, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) birgə həyata keçirdiyini diqqətə çatdırıb.

“Koalisiyanın təsis olunması ilə biz şəhərlərimizin gələcək əməkdaşlıq, innovasiya və qarşılıqlı öhdəlik əsasında formalaşacağı barədə ciddi mesaj veririk. İnanıram ki, təbiət əsaslı şəhərsalma yanaşması və güclü əməkdaşlıq vasitəsilə biz dayanıqlı və sağlam gələcək üçün əhəmiyyətli nəticələr əldə edəcəyik”, - deyən Komitə sədri bütün tərəfləri COP29-da keçirilən Şəhərsalma Günündə təqdim olunan Davamlı və Sağlam Şəhərlər üçün Çoxtərəfli Fəaliyyət Yolları (MAP) təşəbbüsünün konsepsiyalarını öz fəaliyyət planlarına daxil etməyə və milli, yerli səviyyələrdə konkret tədbirlər görməyə çağırıb.

Paylaş:
41

Son xəbərlər

“Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verirBu gün, 15:31Kəlbəcərdə ilk yerli külək elektrik stansiyasına investisiya haqqında memorandum imzalanıb - FOTOBu gün, 15:22DİM magistarturaya qəbul olmaq istəyən əvvəlki illərin məzunlarına çağırış edibBu gün, 15:16Fransa səfiri Azərbaycan XİN-ə çağırılıbBu gün, 14:49Rəşad Nəbiyev: Mikromobillik üçün 100 kilometr uzunluğunda infrastrukturun yaradılması planlaşdırılırBu gün, 14:26Azərbaycanın energetika naziri latviyalı həmkarı ilə yaşıl enerjinin inkişafını müzakirə edibBu gün, 14:18Nigar Arpadarai: COP29 çərçivəsində turizmlə bağlı müzakirə böyük əhəmiyyətə malikdirBu gün, 13:46Evini əxlaqsızlıq yuvasına çevirən qadın həbs edildiBu gün, 13:45Biləsuvar sakini dəm qazından boğularaq ölübBu gün, 13:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşıbBu gün, 13:15Komitə sədrindən MAP təşəbbüsü ilə bağlı çağırışBu gün, 12:21Sabahın hava proqnozuBu gün, 12:07Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilibBu gün, 11:43BƏƏ-dən olan nazir: “COP 29-un qarşıya qoyulan hədəfləri dəstəkləmək üçün geniş əməkdaşlıq imkanı var”Bu gün, 11:26Kamaləddin Qafarov: “Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi”Bu gün, 11:02Braziliyalı nazir: Bakıda ətraf mühitin qorunması ilə bağlı önəmli toplantı keçirilirBu gün, 10:53Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıbBu gün, 10:49Azərbaycan Haaqa Məhkəməsinə Ermənistanla bağlı müraciət edibBu gün, 10:29Anar Quliyev: “COP29 çərçivəsində Şəhərsalma Günü Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır”Bu gün, 10:27Fuad Nağıyev: Turizmin COP29 gündəliyinə daxil edilməsi sektor üçün dönüş nöqtəsidirBu gün, 10:14
Bütün xəbərlər