Bakıda 59 yaşlı qadını maşın vurub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 59 yaşlı qadını maşın vurub

09:11 - 21 / 11 / 2024
Bakıda 59 yaşlı qadını maşın vurub

Bakının Xətai rayonunda 59 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.

1news.az xəbər verir ki, 1965-ci il təvəllüdlü Eyvazova Sevda Nazir qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək və qapalı kəllə-beyin travmaları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər