Şəkidə yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəkidə yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb

11:44 - 21 / 11 / 2024
Şəkidə yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb

Şəkidə ötən gün yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb.

1news.az-ın APA-ya istinadən xəbərinə görə, noyabrın 20-də saat 14 radələrində Şəki rayonunun Qudula kəndi ərazisində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 1985-ci il təvəllüdlü Zamir İsmayılov xəsarətlər alaraq xəstəxanaya yerləçdirilib. O, xəstəxanada dünyasını dəyişib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Paylaş:
411

Son xəbərlər

Sabah 36 dərəcə isti olacaq

20 / 06 / 2026, 13:40
Bütün xəbərlər