Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi

15:37 - 22 / 11 / 2024
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi

Goranboyda qadın bıçaqlanıb.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Nərimanlı kəndi ərazisində qeydə alınıb.

Lerik rayon sakini 1990-cı il təvəllüdlü Samir Akif oğlu İbrahimovun qeyri-rəsmi münasibətdə olduğu Balakürd kənd sakini 1990-cı il təvəllüdlü G.F.-nin bel nahiyəsindən 2 bıçaq zərbəsi vurub, sonra avtomobillə üzərindən keçdiyi bildirilir.

Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.

Paylaş:
240

Son xəbərlər

Sabah 36 dərəcə isti olacaq

20 / 06 / 2026, 13:40
Bütün xəbərlər