Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər | 1news.az | Xəbərlər
Cəmiyyət

Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər

Qafar Ağayev11:11 - 22 / 11 / 2024
Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva noyabrın 21-də Azərbaycan Milli İncəsənət Muzeyində olublar.

1news.az xəbər verir ki, onlar “Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı”, “1920-1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası” və “Vəcihə Səmədova – 100: sənətkar ömrünün səhifələri” adlı sərgilərlə tanış olublar.

Ziyarət zamanı Leyla Əliyevaya və Arzu Əliyevaya sərgilər haqqında ətraflı məlumat verilib.

Paylaş:
127

Son xəbərlər

Bütün xəbərlər