Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTO

11:37 - 22 / 11 / 2024
Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTO

20 noyabr tarixində Danimarkanın Türkiyə və Azərbaycandakı səfiri Ole Toft və Danimarkadan olan nümayəndə heyəti – parlament üzvləri, Danimarka sənaye təşkilatının üzvləri, Danimarka biznes assosiasiyaları və şirkət nümayəndələri Carlsberg Azerbaijan zavoduna səfər ediblər.

Qonaqları Carlsberg Azerbaijan şirkətinin baş direktoru Alius Antulis və şirkətin idarə heyətinin üzvləri qarşılayıb.

Görüşdə Danimarka rəsmilərinə şirkətin Azərbaycandakı fəaliyyəti, zavodun tarixi, istehsalat xətləri, məhsulları barədə məlumat verilib. Qonaqlar, həmçinin, ekskuriya zamanı istehsalat sahəsi ilə tanış olublar.

Carlsberg Azerbaijan şirkətinin baş direktoru Alius Antulis qonaqlara onu da bildirib ki, 2008-ci ildən Azərbaycanda fəaliyyətə başladıqlarından bəri ölkə iqtisadiyyatına 75 milyon manatdan çox investisiya yatırıb, 35-38 milyon manatdan çox vergi ödəyiblər:

“Şirkətin məhsulları hazırda Azərbaycan pivə bazarının 70%-ni əhatə edir. 2021-ci ildə Carlsberg Azerbaijan şirkəti İqtisadiyyat Nazirliyi ilə 2021-2025-ci illərdə xammalın lokallaşdırılması, ixracı, iş şəraitinin yaxşılaşdırılması və pivə bazarının inkişafına 25 milyon azn sərmayə qoymağı öhdəsinə götürən Anlaşma memorandumu imzalayıb. Azərbaycan bizim üçün çox cəlbedici sərmayə istiqaməti olaraq qalır və biz hazırda gələcək üçün daha da geniş investisiya planı hazırlayırıq”.

Danimarka sənaye təşkilatının İqlim Siyasəti üzrə rəhbəri və Böyük direktoru Anne Hoyer Simonsen isə öz növbəsində vurğulayıb:

“Məhz Carlsberg kimi müəssisələr praktikada dəyişikliklərin həyata keçirilməsinə və məqsədlərimizə çatmaq üçün lazım olan həllərin hazırlanmasına cavabdehdirlər. Siyasətçilərin və vətəndaş cəmiyyəti üzvlərinin bu transformativ prosesləri daha dərindən dərk etmələri vacibdir və buna görə də Carlsberg-in öz qapılarını bizim üzümüzə açması çox yüksək qiymətləndiririk”.

Qeyd edək ki, 1969-cu ildə Xırdalan şəhərində istismara verilən pivəbişirmə zavodu 2008-ci ildən “Carlsberg Group”un bir hissəsinə çevrilib. Hazırda zavodun istehsal gücü ildə 8 mln dekalitr təşkil edir, şirkətin məhsulları isə Azərbaycanın 12,5 mindən artıq ticarət məntəqəsində təqdim olunub. Şirkət Azərbaycanda 16 ildən çox müddəti əhatə edən fəaliyyət dövründə biznesi genişləndirib və ölkəyə investisiyalarını artırmaqdadır.

Xatırladaq ki, şirkət Azərbaycanda da “Birlikdə SIFIRA doğru və daha İrəli” dayanıqlı inkişaf strategiyasını həyata keçirir. Strategiya çərçivəsində 2023 ildə 2015-ci ilə müqaisədə sudan istifadə 21,3%, CO2 emissiyaları isə 18.1% azaldılıb.

Reklam hüququnda

Paylaş:
884

Son xəbərlər

Bütün xəbərlər