“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb

17:45 - 25 / 11 / 2024
“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb

UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ” və Fransanın “Lion” klubu arasında keçiriləcək V tur oyununa bilet satışı davam edir.

Klubdan 1news.az-a verilən məlumata görə, qarşılaşma üçün artıq 17 min 500 bilet satılıb.

Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir. VVIP C və VVIP D sektorlara biletlərin qiyməti isə 300 manatdır.

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.

Paylaş:
222

Son xəbərlər

Bütün xəbərlər