“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuru | 1news.az | Xəbərlər
Cəmiyyət

“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuru

Qafar Ağayev10:48 - Bu gün
“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuru

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Bilim Bakı” mərkəzinin şagirdləri İtaliyanın paytaxtı Roma şəhərində keçirilən "Fibonacci" beynəlxalq robot olimpiadasının qalibi olublar.

Qurumdan 1news.az-a verilən məlumata görə, 320-dən çox komandanın yarışdığı olimpiadada “DENEYAP” texnologiya laboratoriyasının “Creators” komandası “Sağlamlıq elmləri və texnologiyaları” üzrə "Ali Məktəb Səviyyəsi" kateqoriyasında birinci yerin qalibi olub. Həmçinin “Turantech” komandası “Lego xəttinin təqibi” kateqoriyası üzrə münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.

Hər il noyabr ayında İtaliyada keçirilən "Fibonacci" beynəlxalq robot olimpiadası ən böyük robototexnika tədbiridir. Dünyanın hər yerindən robototexnika həvəskarlarını bir araya gətirən bu tədbir yalnız yarışma deyil, həm də sərgi və təhsil seminarları ilə robototexnikada ən son nailiyyətləri nümayiş etdirir. İştirakçılar yaradıcılıqlarını sərgiləyərək texnoloji bacarıqlarını nümayiş etdirməklə yanaşı, yeni əməkdaşlıq və layihələr üçün də imkanlar tapırlar.

Bu il olimpiadada 13 ölkədən 93 müxtəlif məktəb və universiteti təmsil edən 1123 iştirakçı 18 kateqoriya üzrə mübarizə aparıb.

“Bilim Bakı” mərkəzi Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Türkiyə Texnologiya Komandası Fondunun əməkdaşlığı ilə yaradılıb. Məqsəd 6 -14 yaşlı şagirdlərin texnologiya, innovasiya, elm və sahibkarlıq sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, onlara məktəbdə öyrədilən anlayışları tətbiqi təlimlər vasitəsilə əyani nümayiş etdirmək, gündəlik həyatda elm və texnologiyanın ekvivalentini göstərmək və nəzəriyyəsi məlum olan elmi hadisələrin praktikada necə işlədiyini müşahidə etmək imkanlarını yaratmaqdır.

Paylaş:
41

Son xəbərlər

Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31
Bütün xəbərlər