Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTO

10:11 - Bu gün
Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTO

London, Milan, Los Angeles, Mayami, Honq-Konq və dünyanın bir çox meqapolislərində yer alan Visionnaire Home Philosophy brendi artıq paytaxt Bakıda da fəaliyyət göstərir.

3 oktyabr tarixində, Bakıda möhtəşəm açılışla öz işinə başlayan brend məkanınızı zövqlə gözəlləşdirməyə xidmət edir. İtaliya mebel və interyer dizayn şou-rumunun açılışı Bakı üçün təkcə biznes münasibətlərinin deyil, beynəlxalq və mədəni əlaqələrin inkişafı baxımından da mühüm əhəmiyyət kəsb edir. Biz, komanda olaraq, bir çox yerli və xarici dizayner və memarlarla əməkdaşlıq edərək müxtəlif layihələrdə uğurla çalışmağa başlamışıq. Diqqətinizə çatdırırıq ki, Albert Aqarunov küçəsi 8b ünvanında yerləşən Visionnaire Bakı şou-rumu brendin Azərbaycandakı rəsmi distribütorudur.

1959-cu ildə İtaliyada yaranan bu brend, yarandığı zamandan etibarən zövqlü toxunuşları və interyerdə unikal dəst-xətti ilə seçilir. Brend sadəcə mebel istehsal etmir, həmçinin də bir İtaliya keyfiyyəti ilə sizin zövqünüzü evinizə və ofisinizə yansıdır. Visionnaire öz istehsalında ekoloji cəhətdən təmiz, təbiətə mənfi təsir yaratmayan materiallardan istifadə edir ki, bu da mebellərə həm estetik gözəllik, həm də dəyər qatır. Öz işində eleqantlıq və dəbdəbə ilə yanaşı rahatlığa da önəm verən Visionnaire dizaynerləri, ona müraciət edən hər bir sifarişçinin xüsusi seçimini, fərdi zövqünü, arzularını nəzərə alır və ona uyğun bir kompozisiya yaradır.

Visionnaire brendinə məxsus dünyaca məşhur dizaynerlərdən Alessandro La Spada-nın "Kerwan" masası, Alessandro La Spada-nın "Aubade" çarpayısı, ofis hissəsində Steve Leung-un "Jet Plane" mebel masası, qonaq otağında Mauro Lipparini-nin "Bastian" divanı və Alessandro La Spada-nın "Babylon Rack" divanı hazırda paytaxtımızda xidmət göstərən mağazada öz alıcılarını gözləyir.

Visionnaire Bakı şou-rumu, müştərilərinə yüksək xidmət və beynəlxalq keyfiyyəti bir arada təqdim edərək, çatdırılma və dəstək proseslərini daha rahat və sürətli edir. Evinizdə və ofisinizdə eleqant zövqlərin, incə detalların, həmçinin premium konseptin harmoniyasını görmək istəyirsinizsə, yolunuzu Visionnaire Bakı şou-rumundan salın.

Ünvan: Albert Aqarunov 8B
Əlaqə nömrəsi: +994 (51) 280 55 55

Reklam hüququnda

Paylaş:
82

Son xəbərlər

Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35
Bütün xəbərlər