Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilib

Qafar Ağayev10:27 - 26 / 11 / 2024
Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Bu barədə 1news.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 15 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 8 nəfər xilas edilib, yanğınlar zamanı 5 nəfər təxliyə edilib.

Paylaş:
159

Son xəbərlər

Bütün xəbərlər