Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edib

10:30 - Bu gün
Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yağmurlu hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

İdarənin mətbuat xidmətindən 1news.az-a bildirilib ki, payız-qış mövsümü üçün xarakterik olan yağışlı, çiskinli havalar yol hərəkəti iştirakçılarına bir sıra çətinliklər yaradır. Yağmurlu havalarda görmə məsafəsinin məhdudlaşması, avtomobillərin sürüşmə ehtimalının artması bəzən qəzaları qaçılmaz edir.

“Baş Dövlət Yol Polisi İdarəsi hazırda ölkəmizdə, xüsusilə bölgələrdə müşahidə olunan yağıntılı hava şəraiti ilə əlaqədar nəqliyyat vasitələrinin sürücülərinə müraciət edərək belə havalarda daha diqqətli olmağı, sürət həddini minimuma endirməyi, ara məsafəsini normadan artıq saxlamağı tövsiyə edir.

Bununla yanaşı, sürücülər qarlı, yağışlı havalarda avtomobilin mövsümə uyğun təchizatına, şüşə silgəclərinin, şüşəyuyanların, işıq cihazlarının saz vəziyyətdə olmasına, şinlərin protektorundakı naxışların qalmış hündürlüyünün normalara uyğunluğuna nəzarət etməli, dövlət nömrə nişanlarını təmiz saxlamalıdırlar.

Yağmurlu hava şəraitində piyadalar da məsuliyyətli olmalı, yol hərəkəti qaydalarına ciddi əməl etməlidirlər”, - deyə müraciətdə qeyd edilib.

Paylaş:
35

Son xəbərlər

Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47
Bütün xəbərlər