Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıb

10:41 - Bu gün
Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC ilə “Paşa Holdinq”ə məxsus Paşa Kapital şirkəti yeni əməkdaşlığa start verib.

“AzInTelecom” tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza Paşa Kapitalın onlayn hesab açılması xidmətinə uğurla inteqrasiya olunub.

Artıq yerli və xarici maliyyə bazarlarına investisiya etmək istəyən şəxslər “SİMA İmza” ilə Paşa Kapitalın veb-saytında və ya “Pasha Capital” mobil tətbiqində rahatlıqla hesab aça bilərlər. Bunun sayəsində müştərilərin müqaviləni imzalaması üçün xidmət ofisinə getməsinə ehtiyac qalmır. Müştəri heç yerə getmədən, günün istənilən saatında sadəcə öz məlumatlarını onlayn formada daxil edərək investisiya hesabı aça və onlayn ticarətə (trading) başlaya bilir.

Hesab açdıqdan sonra müştərilər Paşa Kapital platforması üzərindən qlobal investisiya birjalarına çıxış imkanı əldə edirlər. Həmçinin şirkətin təqdim etdiyi bütün pərakəndə biznes xidmətlərindən yararlana bilirlər. Bunlara yerli bazarda istiqrazlar və notlar almaq, xarici bazarda isə səhmlər, valyuta ticarəti, əmtəələr, kriptovalyuta, indekslər, eləcə də yeni nəsil investisiya alətləri olan ETF (birjada ticarət olunan fondlar) və CFD (fərq müqavilələri) kimi investisiya fəaliyyətləri daxildir.

Qeyd edək ki, SİMA yeni nəsil rəqəmsal imza ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, qurumların iş yükü və xərcləri azalır. “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır. “SİMA İmza” mobil tətbiqini yükləməklə əldə olunan yeni nəsil rəqəmsal imza vətəndaşlar üçün ödənişsizdir. Daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.

Reklam hüququnda

Paylaş:
33

Son xəbərlər

Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50
Bütün xəbərlər