İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı | 1news.az | Xəbərlər
Cəmiyyət

İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı

16:41 - 29 / 11 / 2024
İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı

Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na start verilib.

Layihənin məqsədi yüksək bal toplayaraq ali məktəblərə daxil olan, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrə dəstək olmaqdır. Proqrama Azərbaycanın bütün ali təhsil müəssisələrinin bakalavr pilləsində əyani təhsil alan, Azərbaycan Respublikasının vətəndaşı olan I kurs tələbələri müraciət edə bilərlər. Bununla yanaşı namizədlərdən ali təhsil müəssisəsinə qəbul imtahanında minimum 600 bal toplamaq, dərsdənkənar fəaliyyətlərdə aktiv iştirak etmək (könüllü, sosial fəaliyyət və s.) tələb olunur. Eyni zamanda proqramda aşağıdakı sosial kriteriyalardan birinə uyğun olan tələbələrin müraciətləri dəyərləndiriləcək.

· Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;

· I, II və ya III dərəcə əlilliyi müəyyən edilmiş şəxslər;

· Valideynləri olmayan və ya uşaq evində böyümüş şəxslər;

· Hər iki valideyni (və ya tək valideyni) əlil, işsiz, yaşa görə əmək pensiyası və ya sosial müavinət alan şəxslər;

Proqramın seçim prosesi onlayn müraciət, qiymətləndirmə və müsahibə mərhələlərindən ibarətdir. Hər 3 mərhələni uğurla tamamlayan 23 tələbə 2024-2025-ci təhsil ili ərzində aylıq 200 AZN məbləğində təqaüd almaq imkanı əldə edəcək.

Proqrama müraciət etmək üçün: https://t.ly/ROLxb

Qeyd edək ki, Təhsilin İnkişafı Fondunun təşkil etdiyi digər təqaüd proqramlarından yararlanan şəxslər bu proqrama müraciət edə bilməzlər. Gələcəyin istedadlı gənclərini dəstəkləmək üçün həyata keçirilən bu təşəbbüs təhsildə bərabər imkanların təmin edilməsinə töhfə verməyi hədəfləyir.

Qeyd edək ki, “Red Hearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”- ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.

Reklam hüququnda

Paylaş:
135

Son xəbərlər

Metronun əməkdaşı dünyasını dəyişibBu gün, 15:09Küləkli havaya görə xəbərdarlıq edilibBu gün, 14:59Şirvanda xuliqanlıq etməkdə təqsirləndirilən şəxs həbs edilibBu gün, 14:42Güclü külək Mingəçevirdə problemlər yaradıb - FOTOBu gün, 14:14Bu gecə yollar buz bağlayacaq - XƏBƏRDARLIQBu gün, 13:56Su sayğaclarının donvurmadan qorunması ilə bağlı MÜRACİƏT - VİDEOBu gün, 13:31Bazar günü hava necə olacaq? - HAVA PROQNOZUBu gün, 13:15Azərbaycan neftinin qiyməti 77 dollara yaxınlaşırBu gün, 13:06Yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 12:38Azərbaycanda akkreditə olunmuş hərbi attaşelər ilə ilin yekununa dair toplantı keçirilibBu gün, 12:22Şəmkirdə evdə partlayışda ana və qızı xəsarət alıbBu gün, 11:57NİİM: Bakıda bəzi yollarda sıxlıq müşahidə edilirBu gün, 11:39Binədə qanunsuz tikililər sökülübBu gün, 11:36Ötən gün xeyli sayda silah-sursat aşkarlanıbBu gün, 11:17Hava şəraiti ilə əlaqədar qatarların sürət həddi endirilibBu gün, 10:57Azərbaycan və Özbəkistan hərbi mütəxəssisləri arasında görüş keçirilibBu gün, 10:36Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilibBu gün, 10:1214 dekabr dekolonizasiya günü ilə bağlı Bakı Təşəbbüs Qrupu İllik Hesabat təqdim edəcək13 / 12 / 2024, 18:22Milli Məclisin 16 dekabrda keçiriləcək iclasının gündəliyi açıqlandı - SİYAHI13 / 12 / 2024, 18:06Leyla Əliyeva Kiqali Soyqırımı Memorialını ziyarət edib - FOTO13 / 12 / 2024, 17:54
Bütün xəbərlər