Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinir

10:55 - 29 / 11 / 2024
Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinir

Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinir.

Bu barədə 1news.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, noyabrın 28-i saat 19 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən evlərdən birində 1978-ci il təvəllüdlü İlhamə Məmmədovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1997-ci il təvəllüdlü Qasım Məmmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək ögey anası İlhamə Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Qasım Məmmədov şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Paylaş:
147

Son xəbərlər

Bütün xəbərlər