FHN silsilə maarifləndirmə tədbirləri keçirib | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN silsilə maarifləndirmə tədbirləri keçirib

16:41 - 30 / 11 / 2024
FHN silsilə maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Bu barədə 1news.az-a FHN-in Mətbuat Xidmətindən bildirilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində, Sumqayıt şəhər 8 nömrəli və 14 nömrəli tam orta məktəblərində, Gəncə Regional Mərkəzi tərəfindən Qazax şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbində və Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyində, Qarabağ Regional Mərkəzi tərəfindən Bərdə rayonu, Alpoud kənd, Ağcabədi şəhər 11 nömrəli və Ağdam rayon Əfətli kənd tam orta məktəblərində, Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində, Masallı şəhər Vətən Müharibəsi Qəhrəmanı İ.Əsgərli adına 3 nömrəli və Masallı rayonu, Boradigah qəsəbə Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəblərində, Şimal Regional Mərkəzi tərəfindən Şabran şəhər 1 nömrəli tam orta məktəbində, Muğan Regional Mərkəzi tərəfindən Sabirabad rayon Qaraağac kənd tam orta məktəbində, Şimal-qərb Regional Mərkəzi tərəfindən İsmayıllı rayon M.Piriyev adına Tircan və M.Əzimov adına Təzəkənd kənd, Şəki şəhər 14 nömrəli və N.Gəncəvi adına 7 nömrəli tam orta məktəblərində, Aran Regional Mərkəzi tərəfindən Zərdab şəhər 3 nömrəli və Mingəçevir şəhər 12 nömrəli tam orta məktəblərində və Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı ilə TƏBİB-in tabeçiliyndə Bakı Baş Səhiyyə Mərkəzində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd mümkün təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

Paylaş:
137

Son xəbərlər

Küləkli havaya görə xəbərdarlıq edilibBu gün, 14:59Şirvanda xuliqanlıq etməkdə təqsirləndirilən şəxs həbs edilibBu gün, 14:42Güclü külək Mingəçevirdə problemlər yaradıb - FOTOBu gün, 14:14Bu gecə yollar buz bağlayacaq - XƏBƏRDARLIQBu gün, 13:56Su sayğaclarının donvurmadan qorunması ilə bağlı MÜRACİƏT - VİDEOBu gün, 13:31Bazar günü hava necə olacaq? - HAVA PROQNOZUBu gün, 13:15Azərbaycan neftinin qiyməti 77 dollara yaxınlaşırBu gün, 13:06Yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 12:38Azərbaycanda akkreditə olunmuş hərbi attaşelər ilə ilin yekununa dair toplantı keçirilibBu gün, 12:22Şəmkirdə evdə partlayışda ana və qızı xəsarət alıbBu gün, 11:57NİİM: Bakıda bəzi yollarda sıxlıq müşahidə edilirBu gün, 11:39Binədə qanunsuz tikililər sökülübBu gün, 11:36Ötən gün xeyli sayda silah-sursat aşkarlanıbBu gün, 11:17Hava şəraiti ilə əlaqədar qatarların sürət həddi endirilibBu gün, 10:57Azərbaycan və Özbəkistan hərbi mütəxəssisləri arasında görüş keçirilibBu gün, 10:36Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilibBu gün, 10:1214 dekabr dekolonizasiya günü ilə bağlı Bakı Təşəbbüs Qrupu İllik Hesabat təqdim edəcək13 / 12 / 2024, 18:22Milli Məclisin 16 dekabrda keçiriləcək iclasının gündəliyi açıqlandı - SİYAHI13 / 12 / 2024, 18:06Leyla Əliyeva Kiqali Soyqırımı Memorialını ziyarət edib - FOTO13 / 12 / 2024, 17:54Yevlaxda toyda baş verən qətlə görə 20 yaşlı oğlana 18 il həbs cəzası verilib13 / 12 / 2024, 17:43
Bütün xəbərlər