Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıb

11:33 - 30 / 11 / 2024
Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıb

Polis Yasamal və Abşeron rayonlarında avtomobil qaçıran şəxsləri saxlayıb.

Bu barədə 1news.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, noyabrın 29-da gecə saatlarında Yasamal rayonu ərazisindən “KİA” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 28 yaşlı T.Salahov avtomobili idarə edərkən saxlanılıb.

Eyni zamanda, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə Xırdalan şəhəri ərazisindən “KİA” markalı avtomobil qaçırmaqda şübhəli bilinən 28 yaşlı S.Aydınov avtomobillə birgə Digah qəsəbəsi ərazisində saxlanılıb.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

Paylaş:
296

Son xəbərlər

Bütün xəbərlər